Modern.az

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

Aktual

24 Oktyabr 2017, 00:17

"Üç ilə yaxındır ki, dib seysmometrləri alınsa da, indiyədək mərkəzin anbarında qalıb". Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki,  belə bir açıqlama ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli çıxış edib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, Xəzərdə baş verən seysmik prosesləri ölçmək üçün Milli Elmlər Akademiyası tərəfindən dib seysmometrləri alınıb. Lakin 3 ilə yaxındır ki, həmin cihazlar anbarda qalıb. Fövqəladə Hallar Nazirliyi və Milli Elmlər Akademiyası Xəzərdə dib seysmometrlərinin quraşdırılmasına dəstək olmaq üçün SOCAR-a müraciət edib. Qurban Yetirmişlinin sözlərinə görə, Xəzərdə potensial gücə malik zəlzələ ocaqları var. Bu baxımdan da risklərdən qorunmaq üçün yeni cihazlar önəmli rol oynayacaq.

 

Direktor bir müddət əvvəl Bakıda 8-9 bal gücündə zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara da toxunub. O, qeyd edib ki, mütəxəssisin fikri yanlış anlaşılıb. Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır. Amma bu o demək deyil ki, həmin gücdə zəlzələ gözlənilir.

 

Qurban Yetirmişli bildirb ki,ümumiyyətlə ölkədə seysmoloji vəziyyət stabildir.

 

Son bir neçə ildə güclü təkanların olduğu rayonlarda da seysmik stansiyalar qurulub və mütəmadi şəkildə yoxlamalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır