Modern.az

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Dünya

24 Oktyabr 2017, 00:57

Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən xidmət yoldaşını öldürüb, sonra isə intihar edib.

 

“Oktyabrın 23-də “Alagəz” poliqonunda təlimlərdən sonra müddətdən artıq xidmətdə olan hərbi qulluqçu təhlükəsizlik tələblərini pozaraq avtomat silahdan atəş açıb və xidmət yoldaşını ölümcül yaralayıb. Bundan sonra məsuliyyətdən qorxaraq intihar edib”, məlumatda deyilir.

 

İnsidentlə əlaqədar hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür