Modern.az

Türkiyədəki xristian və müsəlman ermənilər...  

Türkiyədəki xristian və müsəlman ermənilər...   

Dünya

24 Oktyabr 2017, 09:09

Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri zaman-zaman pozmaq istəyən və bununla bağlı gündəmi qarışdıran cəhdlər ortaya çıxır. Əslində çəkidə çox ağır görünməyən məsələlərin alt qatındakı mənfur niyyət aydındındır. Bir müddət əvvəl böyük bir sosial proyekt başlanmışdı və guya, Azərbaycanda 20 mindən çox itin yandırılaraq öldürüldüyü iddia edilirdi. Əlbəttə, bütün ölkələrdə olduğu kimi, bizim ölkımizdə də bu cür xoşagəlməz hallar baş verə bilər. Amma 20 min deyil, bəlkə 1-2, hətta 10 olsa daha inandırıcı görünərdi. Rəqəmin şişirdilərək Azərbaycanın qəddar bir ölkə kimi təqdim edilmə cəhdinin arxasında erməni izinin olduğu aydın şəkildə ortada idi.


Türkiyədə yaşayan ermənilər gizli kimliklərlə bu məsələni ortaya atıb, çox böyük proyekt reallaşdırmağa çalışırdılar. Amma bunun qarşısı elə qardaş ölkədə yaşayan soydaşlarımız tərəfindən alındı. Təbii ki, bu məlumatın doğruluğu təsdiqini tapmadı.

Bir neçə gün əvvəl isə "Sabah" qəzetinin idman yazarı Mövlut Tezelin "Qarabağ" futbol klubunun azarkeşlərinə yönəlik xoşagəlməz ifadələr işlətməsi yenə də iki ölkə vətəndaşlarının narazılığına səbəb oldu. Bu dəfə Türkiyə türklərinin etirazı daha güclü oldu. Onlar "Qarabağ"ın çox həssas məsələ olduğunu və yazarın üzr istəməsini tələb etdilər. Məsələ elə iki tərəfin də istədiyi kimi sonuclandı.

Olaylar bir sual ortaya çıxardı. Niyə Türkiyədə qardaş Azərbaycan bu qədər təsiredici ola bilmir, amma ermənilər zaman- zaman istədiklərini həyata keçirə bilirlər? Hətta sonu istədikləri kimi olmasa belə... 

Kiçik bir araşdırmaya başladım. Araşdırmam 3 hissədən ibarət olacaq.

Birincisi, Türkiyədə yaşayan ermənilər; ikincisi, Türkiyədəki erməni məktəbləri, xəstəxana və media; üçüncü isə qardaş ölkədəki erməni təşkilatları və onların gördükləri açıq və gizli işlər...


Birinci hissə...

Türkiyədə 140 minədək erməni yaşayır. Bunlar 3 qrupa aid edilir. Əlbəttə ki, onların alt qrupları da var.

Birincisi, Türkiyədə, xüsusən də İstanbulda yaşayan ənənəvi erməni icması və ya xristian ermənilərdir. Yəni dövlət tərəfindən rəsmən qəbul edilən ermənilər...

İkinci qrup, Türkiyədə Ermənistanın müstəqilliyindən sonra işləməyə gəlmiş immiqrant ermənilərdir.

Üçüncüsü isə müsəlman ermənilərdir. Söhbət kimliklərini dəyişdirən, müsəlman olduğunu söyləyən ermənilərdən gedir.

Ermənistandan gələnlər, əsasən də qadınlar daha çox Türkiyə ermənilərinin evlərində çalışırlar. Beləliklə, onların münasibətləri sinif məzmununda qurulur. Bu, böyük ölçüdə iki qrupun yanaşmasını müəyyənləşdirir.

Türkiyədə yaşayan ermənilər  Ermənistandakıları mənəvi dəyərlərinin bir hissəsi kimi görürlər. Erməni və müsəlman erməniləri arasında isə çox az əlaqə var. 

Xristian ermənilər Türkiyədə yaşayan müsəlman ermənilərin tutduğu mövqe ilə razılaşmır və onlarla aralarındakı münasibət sərtdir. Məsələ burasındadır ki, müsəlmanlığı qəbul edən ermənilər xristian ermənilərə sadəcə dinlərini dəyişdiklərini və ölkələrinə sadıq olduqlarını isbat etmək çabasındadırlar. Eyni zamanda, bu erməniləri övladlarını türk deyil, Türkiyədəki erməni məktəblərində oxutmaq maraqlandırır. 

Bir tərəfdə isə başqa iddia var. Məsələn, professor Yusuf Halaçoglu deyir ki, 1915-ci ildə öldürüldüyü deyilən ermənilər Türkiyədə kürd kimliyi ilə yaşayıblar və nəsillər belə davam edib. 

Halaçoğlu hazırda Türkiyədə yaşayan 20 erməni qəbiləsinin özlərini kürd qəbilələri kimi tanıtdığını söyləyir.

“Hazırda Türkiyədə 70 minədək qaçaq erməni var. Bu rəqəmlər təxminidir. Prezident Rəcəb Tayyib Ərdoğan baş nazır olduğu zaman verdiyi bir açıqlamada hətta bu rəqəmin 100 minə çatdığını söyləmişdi”.

Ermənistandan gizli yolla Türkiyəyə gələn Annev Gevorkyan 53 yaşındadı,  ev xanımıdır. Deyir ki, onu Türkiyədən kimsə çıxara bilməz. Çünkü burda xoşbəxtdir. Burda yaşayan yerli ermənilərdən birinin evində çalışan Annev bir neçə ilə Gürcüstana gedəcəyini və rəsmi yollarla Türkiyəyə qayıdacağını deyir. Sonra isə vətəndaşlıq almaq üçün çalışacaq.

Annev  Gevorkya erməni diaporunun onları rahat buraxmadığını söyləyir:

“Ümümiyyətlə, türklər, azərbaycanlılar və ermənilər arasında baş verən hadisələr mənə maraqlı deyil. Mən sakitlik və sülh istəyirəm. Amma Fransa və Amerikadakı erməni diasporu nə Türkiyədəki, nə də Ermənistandakı erməniləri rahat buraxır. Çalışırlar ki, biz onların istədikiləri kimi yaşayaq. Biz isə Türkiyəyə sadəcə qazanc üçün gəlmişik. Bizi arxasınca sürükləyən diaspor qarnımızı doydurmur". 

Qeyd edim ki, ermənilər İstanbulun mərkəzi və lüks səmtlərində yerləşiblər.  Kumkapı, Samatya, Kocamustafapaşa, Yedukule, Zeytunburnu, Bakırköy, Kurtuluş, Feriköy, Üsgüdar bağlarbaşı və Kınalada bağ evlərində toplu şəkildə yaşayan erməni məhəllələrində demək olar ki, türk yoxdu. Onlar öz məktəblərində təhsil alır, hətta bacardıqca, erməni xəstəxanarında müalicə edilirlər. Qaçaq həyatı yaşayan erməniləri çıxmaq şərti ilə, yerli ermənilər təşkilatlar və cəmiyyətlər tərəfindən maddi və mənəvi olaraq dəstəklənir. Onları parlamentdə təmsil edən millət vəkilləri ilə sıx-sıx görüşürləe. Eyni zamanda, 5 və ya 10 il öncəylə müqayisədə onlar kimliklərini gizlətmirlər, əksinə hər yerdə "erməni" olduqlarını daha açıq şəkildə söyləyirlər...


Davamı olacaq... 



Məhsəti Şərif
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?