Modern.az

Professordan AÇIQLAMA: Kişilər yay tətilindən cinsi xəstəliklə qayıdır

Professordan AÇIQLAMA: Kişilər yay tətilindən cinsi xəstəliklə qayıdır

Aktual

24 Oktyabr 2017, 10:01

“Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir”.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib. Z.Fərəcov payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib:

 

“Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir”.

 

Z.Fərəcov deyib ki, zöhrəvi xəstəliklərə görə daha çox kişilər müraciət edirlər. Onun sözlərinə görə, ümumilikdə zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlinir. Cinsi yolla keçən xəstəliklər əsasən reproduktiv yaş dövründə olan – 50 yaşadək olan kişilərdə müşahidə olunur.

 

Baş mütəxəssis qeyd edib ki, ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artım müşahidə edilir. Z.Fərəcov əlavə edib ki, bu xəstəliklər insanlarda ikincili sonsuzluq yaradır: “Bunlar genefonda zərbə vuran xəstəliklərdir. Bu xəstəliklərə çox ciddi yanaşılmalıdır. Xəstəliklərə yoluxanlara düzgün diaqnoz qoyulduqda və müalicə vaxtında aparıldıqda yaxşı nəticə əldə etmək mümkündür”.

 

Z.Fərəcovun sözlərinə görə, zöhrəvi xəstəliklərə yoluxan kişilərin əskəriyyəti çox zaman müalicəyə laqeyd yanaşırlar. Onlar həkimlərə xəstəliyin kəskin mərhələsində müraciət edirlər: “Belə xəstəliklərə daha çox öz orqanizmlərinə qeyri-ciddi yanaşan adamlar yoluxurlar. Onlar çox zaman bu infeksiyalarla gəzirlər, fikirləşirlər ki, bu, öz-özünə keçər. Lakin sonda xəstəlik xroniki hal alır və müxtəlif fəsadlar verir. Bu, bəlkə də əhalinin xəstəliklə bağlı məlumatsız olmasından da irəli gəlir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir