Modern.az

Qarabağın başı dərdli…

Qarabağın başı dərdli…

Aktual

24 Oktyabr 2017, 10:06

2017-ci ilin avqust ayında gözlənilməz bir hadisə oldu. Azərbaycanın “Qarabağ”ı Azərbaycanın futbol tarixində ilk dəfə beynəlxalq futbol yarışı olan “Çempionlar Liqa”sına vəsiqə qazandı. Təbii ki, bunu adi bir ölkə böyütsə, gülünc gələr. Yəni adi futbol, adi oyun…

Amma ortada “Qarabağ” adı var. Bu bilirsiz nə deməkdir?

Azərbaycanın “Qarabağ”ı dünya səviyyəsində özünü göstərəcək. Azərbaycanın Qarabağı..

Bunu hamı belə qəbul edəcək istər-istəməz. Xocalı soyqırımını tanıyanlar da, tanımaqdan imtina edənlər də. Qarabağı mənimsəyənlər, yeməyimizi, musiqimizi  özünkiləşdirənlər bunu olduğu kimi qəbul edəcəklər. 

Nəsə olacağını gözləyirdik. Amma bunu qardaş ölkədən gözləmək və hətta bunun kompensasiyasının da qardaş ölkədən almaq məni bu yazını yazmağa vadar elədi. Özünə “jurnalist”adı verən bir türk qəzetinin əməkdaşı “Qarabağ”ın 1 xal aldığı oyun haqqında yazıb.

Müəllif oyunda səhv bir hərəkət tapmayanda  ürəyində Qarabağ sevgisi olan və əlindən sadəcə müəllifin dili ilə desək, “əzik” koreografiya gələn azərkeşlərə “hücum etdi”. 

“Ən əzik koreografiya” adı altında yazısında müəllif azarkeşləri öz silahı ilə vurmaqla qalmayıb, “Olsun, onlar da yavaş-yavaş öyrənəcək futbol mədəniyyətini” deyərək hələ bir təsəlli də verib.

Mədəniyyət? Mədəniyyət nədir deyə, sual verirəm o “jurnalistə”.”Xocalı” soyqırımında, Qarabağ müharibələrində, “20 Yanvar”da harda idi o mədəniyyət?

İndi bizim Qarabağ mədəniyyətsiz oldu, sizin mədəniyyətiniz qalxdı? Siz ki bizim tarixə bələdsiniz. Siz ki bizə ən içdən yanansınız.. Və düşmən bizə türk deyib əl qaldıranda,indi siz hansı millətdənsiniz?..

Mənim kimi bir çox jurnalist bu xəbərə şərhsiz yanaşmadı. Yaydılar, tənqid etdilər, mənim kimi emosional yanaşanlar da oldu. Nəticədə qəzet  bu yazını silərək, müəllif adı ilə Azərbaycan və “Qarabağ”lılardan üzr istədi. Hal-hazırda türk xalqı arasında vaxtilə bolşeviklərin hücumu zamanı Bakıya köməyə gələn Nuru paşa və ordusu ilə bağlı olduğu kimi, indi də Xocalı faciəsinə biganə qalan və bunu beynəlxalq aləmdə tanımayan türklər də var.

Bu müxbir də o türklərdəndir. Əvvəldə qeyd etdiyim kimi, yazının “təlafisi” gecikmədi. “Eskişehir” idman klubunun bir qrup azərkeşi birləşərək,  “Qarabağ” pankartı açıb, “Qarabağ” azarkeşlərinə dəstək verdilər. Bax bu Nuru paşalardır... O Nuru paşalara görə, belə bir atalar sözü var: “Beş qardaşın beşi də bir olmur”...

 

Gülarə Zeynal
Anadolu Universiteti Magistr 1. Kurs. Türkiyə, Eskişehir

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu