Modern.az

“Azəravtoyol”  Coğrafiya İnstitutunun ittihamlarına cavab verdi

“Azəravtoyol”  Coğrafiya İnstitutunun ittihamlarına cavab verdi

Aktual

24 Oktyabr 2017, 11:01

“Azəravtoyol” ASC Coğrafiya İnstitutunun yeni yolların çəkilməsinin sürüşmələrin aktivləşməsinə səbəb olduğu barədəki iddialarına cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a deyib ki, ümumiyyətlə "Azəravtoyol" ASC tərəfindən dağlıq ərazilərdə yeni avtomobil yolları salınmır:

“Sadəcə olaraq mövcud olan avtomobil yollarında təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri aparılmamışdan əvvəl mütləq şəkildə həmin yollar boyu geoloji işlər aparılır və nəticələri aidiyyəti üzrə təhvil verilir. Əgər yol üçün təbii proseslərlə bağlı (zəlzələ, sürüşmə, sel və s.) hər-hansı bir təhlükə varsa, bunun qarşısının alınması üçün tədbirlərdən ibarət təkliflər yolun layihəsinə salınır”.

 

A.Nəcəfli deyib ki, "Azəravtoyol" ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihə isə öz növbəsində bütün lazımi dövlət qurumları (aidiyyəti nazirliklər, komitə, mərkəz və xidmətlər) ilə razılaşdırıldıqdan və Texniki İdarənin rəyindən sonra təsdiqlənməsi üçün Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur:

“Yalnız sözügedən idarənin layihə ilə bağlı müsbət rəyi olduqdan sonra həmin avtomobil yolunda təmir-bərpa və ya yenidənqurulması işlərinə başlanılır”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir