Modern.az

Elmira Süleymanovanın məsələsi yuxarıların gündəmindədir

Elmira Süleymanovanın məsələsi yuxarıların gündəmindədir

24 Oktyabr 2017, 13:52

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Bəs görəsən yeni Ombudsman nə zaman seçiləcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, qanunvericiliklə Ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir.

“Hər bir halda Konstitusiyada göstərilən müddət gözlənilməlidir. Bu, cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Prezident namizədlər təqdim etməlidir, Milli Məclis onlardan birini seçməlidir. Mən Ombudsmanla bağlı İnsan Hüquqları Komitəsinin iclasında çıxış etdim, bildirildi ki, məsələ gündəmdədir.

Elmira xanım insan kimi çox gözəl insandır, onun insanlarla xoş rəftarı var, işinin öhdəsindən də yaxşı gəlir. Elmira xanımın Ombudsman vəzifəsinə təkrar təqdim olunub-olunmayacağı onu təqdim edən orqandan asılıdır. Yeni Ombudsman kim olursa olsun, Azərbaycan üçün faydalı iş görsün”.

 

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər