Modern.az

Tahir Kərimli: “Avropa bizdən əxlaqsızlığı tələb edir”  

Tahir Kərimli: “Avropa bizdən əxlaqsızlığı tələb edir”  

24 Oktyabr 2017, 17:29

Millət vəkili Tahir Kərimli Milli Məclisdə çıxışı zamanı “Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Əgər Avropa Şurası (AŞ) Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən AŞ-dən çıxmaqla bağlı qərarını verməlidir” deyib. Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunub.  Bəzi ictimaiyyət nümayəndələri bu açıqlamasına görə deputatı qınayıb.

 

Tahir Kərimli isə Modern.az-a deyib ki, media onun Milli Məclisdə danışdıqlarını konteksdən çıxarıb:

“Çox təəssüf edirəm ki, Sevinc Osmanqızı və “Azadlıq” qəzeti bu fikirləri öz səhifələrində mənfi müstəvidə tirajlayıblar. Həmin yazıların altında şərhlər yazılıb. Mən demək istəyirəm ki, məsələ heç də deyilən kimi olmayıb. Heç vaxt söhbət Azərbaycan Respublikasının Avropa Şurasından çıxmaq tələbindən getmir. Söhbət ondan gedir ki, belə ləyaqətsiz davranışa görə Azərbaycan öncəyici addım ataraq Avropa Şurasını tərk etməsi məsələsini ortaya qoymalıdır.
Bu çıxışlar zamanı heç zaman deyilməyib ki, Azərbaycan Avropa qurumlarında, beynəlxalq qurumlarda təmsil olunmasın. Dediyim kimi, Azərbaycanın Avropa Şurasından çıxarılmasını önləmək lazımdır. Bu cür sanksiyaların tətbiqi Azərbaycan üçün başağrısı verə bilər. Bundan başqa mən heç vaxt Avropa Şurasının üzvlərini şərəfsiz adlandırmamışam. Keçmişdə Periklin  Afinası zamanı oranın 5000 əhalisi olub. İndiyə kimi də dünyada demokratiyanın casusu olub. Amma dünyanın ən böyük imperatorluqlarından olan Roma imperatorluğu əxlaqsızlıqdan yıxılıb. Buna görə demişəm ki, nümunə götürmək istəyirlərsə Afina kimi özümüz müstəqil olaq, öz tutduğumuzu özümüz buraxaq, tələbləri kor-koranə icra etməyək”. 


Millət vəkili deyib ki,  Avropa Şurasını matah bir təşkilat etmək lazım deyil.

“Şəriətimizdə ölüm hökmü olduğu halda bizdən ölüm hökmünün ləğvini tələb etdilər, icra etdik. Bu illər ərzində ermənilərin təcavüzkarlığı ilə öz yurd-yuvasından didərgin düşmüş 100 minlərlə insanı görməzdən gəldilər, bir dəfə də olsun bu insanların hüquqlarının müdafiəsi ilə bağlı qərar verməyiblər, Qarabağ probleminin həlli üçün heç bir kömək göstərilməyib.

Azərbaycan Avropa Şurasına daxil olan zaman buna etiraz etmişəm. Qeyri-ənənəvi oriyentasiyalara, cinsi azlıqlara hüquqların verilməsi... Buna görə Cinayət Məcəlləsindən müəyyən maddələri də nahaqdan çıxardılar. Axı biz azərbaycanlıyıq, bizim Qafqaz qürurumuz var, müsəlmanıq. Nədənsə Avropa bizdən əxlaqsızlığı tələb edir, bu isə bizim xalqımıza xas xarakter deyil”.

 

Onun sözlərinə görə, fikirlərini dəyişdirib təhqir olunması üçün tirajlayanlar öz tərbiyəsini göstərib. 

“Mən yazılan təhqirlərə cavab vermək istəmirəm, bu mənim səviyyəmə uyğun deyil. Təhqir edənlər səviyyəsiz insanlardır, qoy onların vicdanına yazılsın, onlar bununla öz tərbiyələrini göstərmiş oldular. Təəssüf edirəm ki, mənə qarşı Youtube-da qoyulmuş, təhrif olunmuş materiallardan istifadə edirlər. Mənim deputatlığımın nahaq olduğunu deyirlər.
Məni xalq seçib və bu da təsdiqlənib. Çalışmışam hər zaman millətimin, dövlətimin problemlərini qabardım.

Belə bir fikirlər səsləndirlər ki, nə isə olsa, milyonlarını götürüb qaçacaq. Mən heç rayonda seçicilərlə görüşə gedib-gələ bilmirəm, milyonları siz Qərbin döşündən əmirsiniz. Mənim qohumlarım, yaxınlarımdan işsiz olanlar var. Qərbə sığındığınız üçün sizin imkanlarınız yaxşıdır. Mənim ailəm, yaxınım, özüm əqidəmə görə 10 illərlə əziyyət çəkmişəm.

Sevinc xanım siz Amerikada oturmusunuz, Amerikanın Əfqanıstanı, Liviyanı, Suriyanı, İraqı cəhənnəmə çevirməsindən niyə yazmırsınız? Hökumət üzvlərinə müxalif olmaq olar, amma dövlətə yox. Azərbaycanda müxalifət nəinki hökumət, hətta icra hakimiyyətləri ilə mübarizə aparmaq səviyyəsində deyil. Müxalifətin davası hər zaman qarın davası olub, pul davası olub. İdeologiya yox, xalqı aldatmısınız.  Onların irəli sürdüyü ittihamların heç bir əsası yoxdur”.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir