Modern.az

ABŞ ən müasir texnologiyaları səfərbər edib, amma Rusiyanın qorxulu silahını aşkarlaya bilmir

ABŞ ən müasir texnologiyaları səfərbər edib, amma Rusiyanın qorxulu silahını aşkarlaya bilmir

24 Oktyabr 2017, 22:46

Rusiya ilə Amerikanın bir-birinə hərbi güc, “əzələ” nümayişi davam edir.  Rusiya istehsalı olan “Krasnodar” sualtı gəmisi Amerikada həyəcan yaradıb və Pentaqon üçün tapılması çətin olan kabusa çevrilib.

 

Modern.az saytının nüfuzlu “The Wall Street Journal”a istinadən məlumatına görə, Amerikanın “George H.W.Bush” gəmisi, müasir radar sistemi ilə təchiz olunmuş helikopterləri “Krasnodar”ın “ovu”na çıxıb. Lakin Rusiyanın bu sualtı gəmisinin yerinin aşkarlanması müşkülə çevrilib.

 

“Krasnodar” qanadlı raketlərlə təchiz olunmuş sualtı gəmidir. Bu, dünyanın ən sakit işləyən sualtı gəmisi hesab olunur. Onun dizel-elektrik mühərriki ilə uzun müddət praktiki olaraq səssiz işləmək kimi bir üstünlüyü var.

Sualtı gəminin konstruksiyası elə quraşdırılıb ki, onun vinti yavaş-yavaş fırlanır və səs-küy yaratmır. “Krasnodar” sahilə yaxın yerlərdən keçərkən ora asanlıqla raket zərbələri endirə bilər.

 

Rusiyanın APL proyektinin tərkib hissəsi olan bu sualtı qayıq təyyarədaşıyan gəmilərin məhv edilməsi üçün nəzərdə tutulub. Onun korpusu poladdandır. Bu isə onun aşkar edilməsi prosedurunu çətinləşdirir.

 

Bu sualtı qayıqlar daha dərinlərə “baş vura” bilir. Bu baxımdan onu tapmaq çətindir. “George H.W.Bush” təyyarədaşıyan gəmilərinin okeanoqrafları suyun temperaturunu və axınların istiqamətlərini müəyyən edirlər. Buna əsasən onlar hesablayırlar ki, sualtı gəmi harada gizlənə bilər.

 

“Sea Hawk” helikopterləri isə sualtı gəminin aşkar edilməsi üçün ən müasir radarlardan istifadə edir, amma nəticə əldə etmək çətindir. 

 

Bir sözlə, ən müasir texnologiyaların mövcudluğuna baxmayaraq, “Krasnodar”ın yerinin aşkarlanması çətin məsələdir. Ekspertlər bildirirlər ki, o, samanlıqda iynə axtarmağa bənzəyir.

 

“Krasnodar”ın bir üstünlüyü də bundadır ki, o səsi müəyyən edən kimi asanlıqda özünə daha yaxşı mövqe seçir. Buna görə də, onları axtarıb tapmaq mürəkkəb olaraq qalır. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu