Modern.az

Türkiyədə bələdiyyə başqanları niyə istefa verirlər? - CHP-li deputat Modern.az-a danışdı  

Türkiyədə bələdiyyə başqanları niyə istefa verirlər? - CHP-li deputat Modern.az-a danışdı   

25 Oktyabr 2017, 11:51

Son günlər Türkiyə gündəmini zəbt edən məsələlərdən biri və ən önəmlisi bələdiyyə sədrlərinin istifadə verməsidir. İstanbul Böyük şəhər bələdiyyə sədri Kadir Topbaş, Düzcə bələdiyyə sədri Mehmet Keleş və Niğde bələdiyyə sədri Faruk Akdoğanın istefasının ardından Ankara Böyük şəhər bələdiyyə sədri Melih Gökçek, Balıkesir bələdiyyə sədri Ahmet Edip Uğur, Bursa bələdiyyə sədri Recep Altepenin də istefa verəcəyi gözlənilir.


Maraqlıdır, bu istefalar hansı səbəbdən baş verir?

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvü, deputat Atilla Sertel deyib ki, Türkiyədə bir nəfər hamı haqqında, öz partiyası haqqında qərar verir.

“Gələn seçkilərə gedər deyirik, demokratiya deyirik, millətin səsləri deyirik, amma bir nəfər Türkiyəni dizayn edir. İstədiyi şəxsi vəzifəsindən azad edir. Bunun yanlış olduğunu deyirik, amma o davam edir. Referendumdan əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyirdi ki, Türkiyəni bir nəfərə təslim etməyin, bir nəfər Türkiyəni idarə edərsə, demokratiyadan söz gedə bilməz. İstanbul bələdiyyə başqanı Kadir Topbaş 13 il, Ankara bələdiyyə başqanı 20 ildir həmin vəzifədədirlər. Onların hansısa qanunazidd əməlləri varsa, məhkəməyə verilməlidir. Əgər hansısa qanunazidd əməlləri yoxdursa, seçkilərə qədər vəzifəsindən azad edilməməlidir. Onların hamısına təzyiq var, “ya istefa verməlisiniz ya da istintaqa cəlb edib içəri atarıq” deyə, təhdid edirlər. Bunu etməyə kiminsə haqqı yoxdur, təəssüf ki, öz partiyadaşları da buna qarşı gələ bilmirlər”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür