Modern.az

İran-İraq sərhədi açıldı

İran-İraq sərhədi açıldı

25 Oktyabr 2017, 12:40

İraq Kürd Regional rəhbərliyi ilə İran arasındakı Başmaq Sərhəd Qapısının yenidən kommersiya keçidlərə açıldığı bildirilib.

 

Modern.az xəbər verir ki, Süleymaniyyə Ticarət Palatası Sədri Sirvan Məhəmməd, Anadolu Agentliyinin  müxbirinə verdiyi açıqlamada, 10 gün əvvəl kommersiya keçidlərə bağlanılan İraq Kürd Regional rəhbərliyi ilə İran arasında Başmaq Sərhəd Qapısının İraq mərkəzi hökumətinin tələbi ilə yenidən açıldığını deyib.

 

Palata sədri digər bir sərhəd keçid məntəqəsi - Pervazhanın da qısa müddət ərzində açılacağını deyib.

 

 Qeyd edək ki, İran, İraq Kürd Regional Rəhbərliyinə,  açılan Ərbil vilayətindəki Hacı Omeran ilə Süleymaniyyə Seyranbend, Pervezhan və Başmaq Sərhəd Qapılarını 15 Oktyabrda İraq mərkəzi hökumətinin tələbi ilə bütün ticarət keçidlərinə bağlamışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər