21 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - QARABAĞ - Şəhid atasının şəklini tirajlayanlara: “Yazıq görkəmli şəkillər paylaşmayın!” 
Şəhid atasının şəklini tirajlayanlara: “Yazıq görkəmli şəkillər paylaşmayın!” 
26.10.2017, 12:45

Müharibə şəraitindəyik, torpaqlarımız işğal altındadır, Vətən uğrunda savaş gedir, şəhid xəbərləri alırıq.

Elə oktyabrın 22-də əsgər Cabbar Zeynalovun şəhid olması kimi...

Nədənsə məhz belə günlərdə bir az patriotluq edib, vətənpərvər donu geyinirik. Cabbar şəhid olan gün də vətənpərvər damarımızdakı qan yerində durmadı. Sosial şəbəkədə əksəriyyət əsgərin, oğlunu itirmiş gözüyaşlı atasının boynubükük şəklini ictimailəşdirməyə başladı.

Bunun əksini edək deyən də yoxdur. Şəhidimizi, onu dünyaya gətirən ananı, onu vətənpərvər ruhda böyüdən atanı tanımalıyıq, tanımağa borcluyuq!.

Amma yazıq, çarəsiz, boynubükük, beli sınmış görkəmdə yox...

Onsuz da övlad itirən atanın beli sınır, ananın ağlamaqdan gözü kor olur. Bir də belə fotoları paylaşıb onların yarasına niyə duz səpirik ki?...

Modern.az saytı müzakirəyə çıxardığı mövzuyla bağlı bir neçə nəfərin mövqeyini öyrənib.
 

Deputat Elman Məmmədov övladı şəhid olan valideynin bu cür fotosunun ictimailəşməsinə qarşı çıxıb:

“Övlad itirən valideynin hansı vəziyyətdə olduğunu biz bilirik. Amma bu gün biz düşmənlə müharibə vəziyyətindəyik. Biz düşməni torpaqlarımızdan çıxarmaq üçün əlimizdən gələni edirik və etməliyik. Bizim əsgərimiz şəhid də olacaq, yaralanacaq da, əziyyətlərimiz də olacaq, hər şey olacaq. Əgər buna dözüm göstərməsək, əgər buna hazır olmasaq, heç vaxt torpağı azad edə bilmərik. Biz torpaqlarımızı azad etmək üçün hər bir əzab-əziyyətə, hər bir dərdə hazır olmalıyıq. Kimlərsə, sosial şəbəkə istifadəçiləri, saytlar, agentliklər dövlətçiliyimizin əleyhinə, xəyanətkarcasına səhv hərəkət edib, o cür şəkillər yayırsa, hesab edirəm ki, bu, dövlət əleyhinə təxribatdır. Biz o şəhid atasını, şəhid ailəsini mübariz görkəmdə təqdim etməliyik. Təbii ki, o, həlak olan igidin atasıdır. Övladı əlindən gedən atanın onsuz da beli bükülür. Ola bilər ki, özündə deyil, özünü itirib, siz niyə onu o şəkildə çəkirsiniz? Bəs biz, kütləvi informasiya vasitələri, dövlətimizi və dövlətçiliyimizi qoruyanlar nəyə lazımıq? Biz düşmənə işləməliyik?! Mən o cür şeylərlə barışmıram! Biz özümüzü mübariz ruhda göstərməliyik. Biz bütün ağır itkilərimizlə belə razılaşırıq, təki torpaqlarımız işğaldan azad olunsun. Biz bu mövqedə olmalıyıq!”

 

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı şəhid atasının fotosunun sosial şəbəkədə yayılmasını normal hesab edir:

“Mən bir tərəfdən düşünürəm ki, şəhidin atasını Azərbaycanda uşaqdan böyüyə hamı tanımalıdır. Bu mənada fotonun yayılması məqbuldur.

Amma məsələnin ikinci tərəfi var. Sosial şəbəkələrdə şəhid atasının fotosunu paylaşıb “dünyanın ən ağır dərdi”, “şəhid atası görün nə gündədir” və s. kimi şərhləri qəbul edə bilmirəm.

Təbii ki, şəhidlər ölmür. Ölüm hamı üçündür, vətən üçün ölmürlər, Şəhid olurlar. Amma valideyn ağrı-acı çəkir, kim nə deyir desin, bu, belədir.

Valideynlər illər uzunu övlad böyüdür, onun gələcəyini, xoşbəxtliyini görmək istəyirlər. Biz hər nə qədər vətənpərvər olsaq da, ortada insanı taleyi dayanır. Bəli, Şəhidlik zirvədir. Amma övladının torpaq uğrunda şəhid olması valideyni ovundurduğu qədər də, çətindir.

Bunu onlarla bərabər hamımız yaşayırıq. Amma bu əsas vermir ki, şəhid atasını cəmiyyətə yazıq şəkildə təlqin edək. Mən bunu qəbul etmirəm. Əksinə, biz şəhid atalarını məğrur şəkildə təqdim etməliyik. Yəni bu insanların mübariz, məğrur şəkilləri də var. Onların boynubükük şəkillərini ictimailəşdirməyək. Biz şəhid ailələrilə bağlı istənilən məsələni ictimailəşdirəndə diqqətli olaq. Onları mübariz, qürurlu şəkildə təbliğ edək. Mən qəbul edə bilmirəm ki, şəhid atası kasıbdır-varlıdır. Cəmiyyətdə bu cür bölücülüyə yol vermək olmaz. Şəhid atası dünyanın ən varlı insanıdır”.

 

Teletənqiddiçi, professor Qulu Məhərrəmlinin fikrincə, şəhid atasının fotosunun o şəkildə verilməsi mübahisə predmeti ola bilməz:

“Kimliyindən və milli - etnik mənsubiyyətindən asılı olmayaraq övladını itimiş valideyn müəyyən sarsıntı və məyusluq keçirir. Ona görə də mən üzücü, kədər içində olan atanın təbii halını əks etdirən fotoya normal baxıram. Amma onun dərin kədəri altında mən müharibəyə və oğlunun ölümünə səbəb olmuş düşmənə qəzəbi və nifrəti də görürəm. Təbii ki, başqa fotolar da ola bilərdi. Ümumiyyətlə, görüntü məsələsində saytlar da, sosial şəbəkə istifadəçiləri də çox diqqətli olmalıdırlar”.
 

Strateq.az saytının redaktoru Xaqani Səfəroğlu bildirib ki, fotoya yazılan statuslar xalqın dərdə şərik olmağının nümayişi və həm də mesajıdır:

“Fotoda çox kasıb görkəmdə olan şəhid atasının qüssəli və dərdli üzü insanları sosial ədalət prinsipləri haqqında düşündürür, mövqe bildirməyə məcbur edir. Nədir mesaj? Ailənin tək övladının cəbhədə həlak olması. Bununla bağlı ictimai müzakirələr çoxdandır gedir. Tək övladları cəbhə xəttindən arxada saxlamaq imkanları niyə olmasın? 
İkincisi, Azərbaycan müharibə vəziyyətində olan ölkəyə bənzəyirmi? Əgər müharibə vəziyyətindəyiksə, o zaman bütün sistem ona köklənməlidir. 1941-45-ci ildəki müharibədə Azərbaycan yüz minlərə oğlunu itirdi. Yəni, müharibəyə getdilər və qalib gəldilər. Həlak olanların yasını hamı - siyasi institutlardan tutmuş adi adamlara qədər hamı saxlayırdı. SSRİ-nin son ilinə qədər həmin əsgərlərin xatirəsi yad edilirdi. Bu şəhid atasının fotosu yayılan gün digər bir xəbər də getmişdi. Hansısa icra başçısı şəhid ailəsinin üzvünü “mən sənin ərinə demişdim müharibəyə get?” bağırtısı ilə qapıdan qovmuşdu. Bütün bunlar bugünkü internet əsrində insanlar arasında sürətlə yayılır və düşünməyə vadar edir. Biz nə qədər vətənpərvər şüarlar qışqırsaq da, yeganə övladını itirmiş atanın iztirablarını və dərdini üstələyə bilmərik.
Bir neçə gün əvvəl aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş əsgərin atası da dünyasını dəyişdi. Oğlundan sonra 1 il yaşaya bildi. Müharibə dəhşətlidir və dünya silah tacirlərinin alver yerinə çevriləndə isə sosial-iqtisadi və siyasi nəticələri daha ağır olur. Vətən uğrunda şəhid olmuş Azərbaycan oğulları öz adlarını tariximizə şərəflə yazıblar. Öz borclarını yerinə yetiriblər. Bu müharibə isə tezliklə başa çatmalıdır.Çünki çox çəkdi...”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq - FOTO   
21.11.2018, 10:24

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq - FOTO  

Azərbaycanlı tələbələr Malayziyanın təqaüdünü qazanıb
21.11.2018, 10:19

Azərbaycanlı tələbələr Malayziyanın təqaüdünü qazanıb

Bakıda ağac kəsən şəxsə 1800 manat cərimə yazıldı   
21.11.2018, 10:17

Bakıda ağac kəsən şəxsə 1800 manat cərimə yazıldı  

Robert De Niro həyat yoldaşından boşanıb
21.11.2018, 10:16

Robert De Niro həyat yoldaşından boşanıb

Azərbaycanda axtarışda olan 34 nəfər tutuldu
21.11.2018, 10:14

Azərbaycanda axtarışda olan 34 nəfər tutuldu

Ermənistan atəşkəsə əməl etmir   
21.11.2018, 10:12

Ermənistan atəşkəsə əməl etmir  

Təhsil Nazirliyindən direktorun döyülməsinə REAKSİYA: “Cinayət hadisəsidir!”  
21.11.2018, 09:39

Təhsil Nazirliyindən direktorun döyülməsinə REAKSİYA: “Cinayət hadisəsidir!”  

“Memar Əcəmi-2”də HADİSƏ: Maşinist ölümdən son anda qurtuldu
21.11.2018, 09:25

“Memar Əcəmi-2”də HADİSƏ: Maşinist ölümdən son anda qurtuldu

Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA
21.11.2018, 09:15

Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb
21.11.2018, 09:08

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”
21.11.2018, 09:03

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”

Dünənin, bu günün və sabahın partiyası   
21.11.2018, 08:56

Dünənin, bu günün və sabahın partiyası  

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR
21.11.2018, 08:44

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR

Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılışında - FOTOLAR
21.11.2018, 08:27

Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılışında - FOTOLAR

Azərbaycan məktəblərində payız tətili başa çatdı
21.11.2018, 08:22

Azərbaycan məktəblərində payız tətili başa çatdı

Manat və dolların bugünkü məzənnəsi dəyişir?
21.11.2018, 08:21

Manat və dolların bugünkü məzənnəsi dəyişir?

Azərbaycan millisi böyük hesabla məğlub oldu - YENİLƏNİB
21.11.2018, 01:35

Azərbaycan millisi böyük hesabla məğlub oldu - YENİLƏNİB

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi
21.11.2018, 00:37

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi

“Satqın! Cəzanı alacaqsan!” – Jurnalisti öldürənlərin səs yazısı yayıldı
21.11.2018, 00:17

“Satqın! Cəzanı alacaqsan!” – Jurnalisti öldürənlərin səs yazısı yayıldı

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR
20.11.2018, 23:51

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR

“Mercedes” “Kamaz”a çırpıldı
20.11.2018, 23:29

“Mercedes” “Kamaz”a çırpıldı

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya
20.11.2018, 23:12

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya

Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlandı
20.11.2018, 23:00

Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlandı

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı
20.11.2018, 22:44

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı

Bakıda 26 yaşlı gəlin itkin düşüb
20.11.2018, 22:31

Bakıda 26 yaşlı gəlin itkin düşüb

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı
20.11.2018, 22:14

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var
20.11.2018, 22:01

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb
20.11.2018, 21:42

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır
20.11.2018, 21:27

Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır

Əfqanıstanda nikah sarayında partlayış
20.11.2018, 20:59

Əfqanıstanda nikah sarayında partlayış

Neftin qiyməti 64 dollardan da aşağı düşdü
20.11.2018, 20:44

Neftin qiyməti 64 dollardan da aşağı düşdü

ABŞ-ın Somaliyə hava zərbəsi zamanı 37 nəfər öldü
20.11.2018, 20:30

ABŞ-ın Somaliyə hava zərbəsi zamanı 37 nəfər öldü

Bakıda tanınmış aktyor məktəb direktorunu döydü
20.11.2018, 20:14

Bakıda tanınmış aktyor məktəb direktorunu döydü

Mənzil bazarında bahalaşma
20.11.2018, 20:02

Mənzil bazarında bahalaşma

Prezident FHN Akademiyasına yeni rəis təyin edib - YENİLƏNİB
20.11.2018, 19:48

Prezident FHN Akademiyasına yeni rəis təyin edib - YENİLƏNİB

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur
20.11.2018, 19:37

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur
20.11.2018, 19:26

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var?
20.11.2018, 19:07

Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var?

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib
20.11.2018, 18:54

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib

Nikah sarayında PARTLAYIŞ - 40 ölü
20.11.2018, 18:46

Nikah sarayında PARTLAYIŞ - 40 ölü

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir
20.11.2018, 18:33

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb
20.11.2018, 18:21

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

“Facebook” və “Instagram”da problemlər yaranıb
20.11.2018, 18:15

“Facebook” və “Instagram”da problemlər yaranıb

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20.11.2018, 17:51

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20.11.2018, 17:49

Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA

Nazir: “Onların pensiyası 35 faiz artacaq”   
20.11.2018, 17:44

Nazir: “Onların pensiyası 35 faiz artacaq”  

Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
20.11.2018, 17:34

Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir

31 DOST mərkəzi yaradılacaq
20.11.2018, 17:19

31 DOST mərkəzi yaradılacaq

Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”
20.11.2018, 17:15

Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”

“Ermənistan Dilqəmlə Şahbazı qaytarmaqla aktivinə xeyli xallar yaza bilər” - Zahid Oruc
20.11.2018, 17:10

“Ermənistan Dilqəm Şahbazı qaytarmaqla aktivinə xeyli xallar yaza bilər” - Zahid Oruc

ARXİV