Modern.az

Rektorlar danışdılar: “Elm adamları üçün bu bir bayramdır”

Rektorlar danışdılar: “Elm adamları üçün bu bir bayramdır”

26 Oktyabr 2017, 17:43

Keçən iki həftə ərzində elmlə bağlı böyük tədbirlər keçirildi. “İnnovasiyaekosisteminin qurulması” adlı seminar müvafiq dövlət və özəl  qurumların  birgə innovasiyaekosisteminin təşəkkülü  ilə bağlı  fəaliyyət planının hazırlanmasına dəstək vermək məqsədi ilə keçirilib. Eləcə də doktorantların və gənc tədqiqatçıların XXI konfransı elm adamları tərəfindən rəğbətlə qarşılandı. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

 

Modern.az saytı bununla bağlı tanınmış ictimaiyyət nümayəndələrinin rəylərini təqdim edir:

 

Azərbaycan DilləUniversitetinin rektoru Kamal Abdulla belə tədbirləri yüksək qiymətləndirdiyini deyib.

“Keçirilən elm tədbirlərini çox yüksək qiymətləndirirəm və mənə belə gəlir ki, Təhsil Nazirliyi bu xətti davam etdirməklə həm tələblərin mənəvi inkişafına, vətəndaşlıq formalaşdırılmasına çox çox böyük xidmət göstərir. Bu, həm də universitetlərin hamsına ayrı-ayrılıqda bir dəstək deməkdir”.

 

Azərbaycan DövləNeft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da yüksək qiymətləndirib.

 

“Ötən həftə təhsil sahəsində iki mühüm hadisə ilə əlamətdar oldu. Birincisi, "İnnovasiyaekosisteminin qurulması” adlı seminar idi. Bu seminar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə qeyri-neft sektorunun və onun subyekti kimi insan kapitalının inkişaf etdirilməsi prizmasından baxdıqda son illər bu istiqamətdə görülən işlərin məntiqi davamı idi. Tədbirdə dövlət və hökumət, parlament, ali məktəb və biznes nümayəndələrinin, eləcə də innovasiyaekosistemi sahəsində zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin iştirakı fikrimcə, bu sahədə praktiki əhəmiyyəti olan səmərəli qərarların verilməsi baxımından uğurlu format idi. Belə bir mötəbər tədbirdə ali məktəblərin geniş şəkildə təmsil olunması universitetlərə bu işdə verilən mühüm önəmin nümunəsidir. Ali məktəblər innovasiyaekosistemininformalaşmasında nəinki əsas rollardan birini, bəlkə də mərkəzi rol oynamalıdırlar. Buna görədir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bilavasitə müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyətini quran ali məktəblərdə hazırda tədris elm, təhsil və innovasiya əsasında qurilmaqdadır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olaraq biz bu prosesdə böyük məmuniyyətlə iştirak edirik və universitetin nəzdindəki startap məktəbinin əldə etdiyi uğurların da ölkə miqyasında aparılan bu işə töhfə verəcəyinə ümid bəsləyirik. Təhsil Nazirliyinin ali məktəblərin innovasiya və startaplayihləri ilə başladığı universitet miqyasında görülən işlərə dəstəyi ilə bu işlər qısa müddət ərzində ümummilli miqyasa yüksələ biləcək və ölkəmizdə innovasiyaekosistemininformalaşdırılmasına böyük töhfə verəcəkdir.

Ölkənin elm və təhsil sahəsin üçün ikinci vacib hadisə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı oldu. Konfransın əsl elmi diskussiya şəraitində keçməsi, gənc alim və tədqiqatçıların bir-biri ilə ünsiyyətdə olması baxımından çox əhəmiyyətli idi. Elmi konfransda ADNSU 43 doktorant və gənc tədqiqatçı ilə təmsil olunmuşdu. XXI Respublika elmi konfransının mühüm məqamlarından biri burada elmin müasir post-sənaye cəmiyyətindəki statusunu müəyyən edən amillərə, yəni elmin bazar tələbatına cavab vermə qabiliyyəti və elmi ideyanın irəli sürülməsindən onun praktiki reallaşmasına aparan yolun optimallığı kimi məsələlərin səslənməsi oldu. Bu olduqca vacib məqam idi. Çünki, doktorantların elmi-tədqiqat nəticələri kağız üzərində qalmamalıdır, onlar komersiyalaşdırılmadır. Bu baxımdan doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransını irəliyə doğru atılmış addım kimi dəyərləndirirəm”.

 

 

Prezident mükafatçısı, doktorant Aygün İsrafilova dünyada elmin sürətlə inkişaf etdiyini deyir.

“Ona görə də elmin inkişaf etdirilməsi məqsədi ilə bu cür tədbirlərin keçirilməsi məqsədə uyğundur. Gənc alimlər bir –birilərini daha yaxından tanıyır, yerinə yetirilən tədqiqatlarla tanış olur.  Əməkdaşlıq etməklə Azərbaycanda elmin gənclər arasında daha geniş yayılmasına təkan verəcək”.

 

Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Elçin Süleymanov deyir ki, bu cür əməkdaşlıqlar sayəsində geniş imkanlar əldə edilir.

“Son həftələrdə kecirilən iki mötəbər tədbir düşünürəm ki Azərbaycan Təhsil sistemində əlamətdar tədbirlərdir. İlk tədbir oktyabrın 19-da Bakıda keçirilən  “İnnovasiyaekosisteminin qurulması” dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri kimi ABŞ ın qabaqcıl universitetlərindən olan təqdimatçılar və “GlobalInnovationCatalyst” şirkəti qurucusu və  əməkdaşlarının müxtəlif mövzularda  təqdimatları şəxsən bir iqtisadçı alim kimi mənim üçün maraqlı idi. Çünki həm qabaqcıl elm ocaqları həm müvəvvəqiyyətliinnovasiya şırkət qurucuları seminarın təqdimatçıları idi. Üç gün davam edən seminarda iştirakçılar sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üçillik fəaliyyət planı hazırlamaları da, neft kapitalını insan kapitalına çevirmə hədəfi üçün zəruri idi. Digər əlamətdar hadisə isə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı oldu.Bu konfrans gənc tədqiqatçılar üçün hər il  bir dəfə öz tüdqiqatlarını nümayiş etdirəbiləcəkləri ən mötəbər tribunalardan hesab olunur. Gənclərin elmi  tədqiqat işlərinə marağının və bu sahədə fəallığının hər il daha da artırılması istiqamətində görülən işlərdən təqdirəlayiqdir. 1991-ci ildən keçirilən Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi istiqamətində məncə ən ciddi platformlardanbiridir.Bir çox universitetdən tədqiqatçılar bu cür konfranslarda bir birlərinin elmi tədqiqat işləri ilə tanış olur və gələcək əməkdaşlıqlar üçün imkanlar əldə edirlər”.

 

Professor İntiqam Cəbrayılov konfransda bütün elm sahələrinin təmsil olunduğunu deyib.

“Sevindirici haldır ki, gənclərə göstərilən qayğı bu sahədə də özünü tapdı. Elmlə, elm sahəsi ilə bağlı apardığı araşdırmalar çox gözəl təəssüratlar yaratdı. Azərbaycan Respublikası bu gün dünya ölkələri içərisində necə ki layiqli yer tutur, bu eyni zamanda elmlə bağlıdır. Elm inkişaf edirsə, gənclik də inkişaf edir. Bunu Azərbaycan gəncliyinin simasında görürük”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır