Modern.az

Avro UCUZLAŞIR, manat BAHALAŞIR

Avro UCUZLAŞIR, manat BAHALAŞIR

27 Oktyabr 2017, 13:26

Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlər avronun məzənnəsinin dollara nisbətən yenidən ucuzlaşmasına gətirib çıxartdı.

 

Bu barədə Modern.az-a məlumat verən iqtisadçı Vüqar Bayramov bildirib ki, gün ərzində qlobal birjalarda avronun dollara nisbətən kursu 1.1813-dən 1.626-dək azalıb:

 

“Avropa pulunun birjalarda ucuzlaşması manatın avroya nisbətən möhkəmlənməsinə səbəb olub. Belə ki, Mərkəzi Bank manata avroya kursunu dünənə nisbətən bu gün 2.0107-dən 1.9782-dək möhkəmləndirib.

 

Bu isə 1 manatın hər avroda 3 qəpiyə yaxın güclənməsi deməkdir. Avropa Mərkəzi Bankı isə gələn ilin yanvarından etibarən hər ay 30 milyard avroluq dövlət bondları almaq niyyətindədir ki, bu da avro emissiyasını artıracaq”.

Ekspertin sözlərinə görə, qlobal bazar arvozonada yeni pul emissiyalarına ilkin reaksiyasını nümayiş etdirdi:

 

“İspaniyanın ərazi bütövlüyü məsələsinin öz həllini tapmaması fonunda isə avronun daha da ucuzlaşacağı istisna deyil. Deməli, avronun gələcəyi yenə də birbaşa avropalıların özündən asılıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir