Modern.az

ABŞ-da “Rusiya işi”nə görə kütləvi həbslər olacaq

ABŞ-da “Rusiya işi”nə görə kütləvi həbslər olacaq

28 Oktyabr 2017, 10:10

Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxiləsi və prezident Donald Trampın, onun yaxın çevrəsinin Kremllə gizli əlaqələri  başlanan təhqiqat çərçivəsində xüsusi prokuror Robert Müller ilk ittihamını irəli sürüb.

 

Modern.az saytının məlumatına görə, bu haqda CNN telekompaniyası xəbər yayıb.

 

Məlumata görə, ittiham irəli sürülün şəxslər oktaybrın 30-da məhkəmə qarşısına çıxarılacaq və həbs ediləcək.

 

Federal hakimin qərarına əsasən cinayət işinin materiallarının əldə edilməsinə məhdudiyyət qoyulduğuna görə, ittihamların xarakteri, həbs olunacaq şəxslərin kimliyi və sayı isə bəlli deyil.

 

Robert Müllerin aparatı suala cavab verməkdən imtina edib.

 

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller bu ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub.

 

Ağ Ev və Rusiya isə seçkilərə müdaxilə ilə bağlı iddiaları əsassız hesab edir. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?