23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - SOS: “Belə getsə, Azərbaycan göllərində zəli qalmayacaq, elə canlı növləri isə var ki, yoxa çıxıb”
SOS: “Belə getsə, Azərbaycan göllərində zəli qalmayacaq, elə canlı növləri isə var ki, yoxa çıxıb”
28.10.2017, 11:23

Azərbaycanda təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

 

Bəs son illərdə hansı vəhşi heyvanların sayında artım və ya azalma müşahidə edilir?

 

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a  danışıb:

 

“Son dövlərdə sultan toyuğun sayı təxminən 5-10 dəfə, flaminqoların sayı isə xeyli  artıb.  Keçən əsrin sonların  təxminən 500-600 ceyran var idisə, indi 6000-dən çoxdur. Maralların sayı  təqribi 1000 baş olub. Əgər 2007-2008-ci illərdə hardasa bir-iki fərd bəbir qeydə alınmışdısa, bu il üçün artıq 12 fərd bəbir qeydə alınıb. Bunlar Zoologiya İnstitutunun mütəxəssislərinin  apardığı monitorinqlərin nəticələridir və bu, yaxşı haldır. Lakin qeyd etdiyim artım xüsusi mühafizə olunan təbiət ərazilərindədir. Amma digər ərazilərdə bəzi acınacaqlı rəqəmlər var. Məsələn, köstəbəklərin qanunsuz ovu çoxdur. Həmçinin zəlilərin sayı kəskin azalıb.

 

Məlumat üçün deyim ki, biz hazırda Dövlət Gömrük Komitəsi ilə çox yaxşı işləyirik. Onlar xeyli qaçaqmalçılıqla daşınan zəlilərin qarşısını alıblar. Buna baxmayaraq artıq mütəxəssilərimiz həyəcan təbili çalır ki, belə davam edərsə, təbii göllərimizdə zəli qalmayacaq. Bu, ürəkaçan hal deyil. Ona görə də  bir sıra canlıların süni çoxaldılması və sahibkarlığa dəstək üçün xüsusi kurslar yaratmaq istəyirik”.

 

E.Yusifov qeyd edib ki, hazırda bir sıra növlərin süni çoxaldılması istiqamətində işlər aparılır:

 

“Zəli və digər növlər var ki, sahibkarlar bunları öz fermalarında süni çoxaltmaq yolu ilə, təbiətə ziyan  vurmadan sata bilərlər.  Bilirsiniz, ölkə başçısı “2017-2020-ci illər üçün Bioloji müxtəlifliyin mühafizəsinin davamlı inkişafına dair” strateji plan və sərəncam imzalayıb. Orada bəzi müddəalar Milli Elmlər Akademiyasına, o cümlədən Zoologiya İnstitutuna aiddir. Həmin müddəalarda nadir və nəsli kəsilməkdə olan növlərin süni çoxaldılması nəzərdə tutulub. Bu sahədə biz böyük nailiyyətlər əldə etmişik.

 

Qafqaz qırqovulu Azərbaycanın Qırmızı kitabındadır və onun sayı get-gedə kəskin azalır. O, nadir quş olmaqla bərabər, həmçinin çoxaldılması çətindir. Çünki ürkək quşdur. Artıq mütəxəssislərimiz 50-dən çox fərd alıblar.  Aralıq dənizi tısbağasının  süni çoxaldılması üçün işlər aparılır. Eyni zamanda qeyd etdiyim zəlilərin süni çoxaldılması ilə bağlı müəyyən işlər gedir və demək olar ki, 400-ə yaxın barama əldə edilib. Bu, çox böyük nailiyyətdir. Çünki birincisi, zəlilərin süni çoxaldılması texnologiyası hazırlanıb və biz bunu kurslarda təşviq edə bilərik. Həmçinin zəlilərin təbiətdə talan edilməsinin qarşısını almışıq.

 

Digər tərəfdən bu, həyat sağlamlığı üçün faydalıdır. Süni şəraitdə yetişdirilmiş zəlilər haqqında yüz faiz zəmanət vermək olur. Amma təbiətdə mövcud olan zəlilər parazit olduğu üçün, hansısa canlıdan götürdüyü qana görə onda viruslar, bakteriyalar, xəstəliklər ola bilər. Bunu sonradan insan sağlamlığı üçün istifadə etmək risklidir”.

 

Müsahibimiz həmçinin son illərdə adı Qırmızı kitaba düşən növlərdən də söz açıb:

 

“2013-cü ildə Azərbaycan Qırmızı kitabının ikinci nəşri çapdan çıxıb. Ora artıq 223 növ daxil edilib. Bu, çox böyük rəqəmdir. 1989-cu ildə çıxan birinci nəşrdə cəmi 107 növ var idi. Yəni  24-25 il ərzində nəsli kəsilməkdə olan növlərin sayı artıb.  Təsəvvür edin, bu müddətdə rəqəm 2 dəfə artıbsa, bu o deməkdir ki, növbəti 25 ildə də bunun iki dəfə artması gözlənilir. Çünki əhali artır, urbanizasiya inkişaf edir, kənd təsərrüfatı sahəsi çoxalır və.s  Bu növlərin içərisində bəziləri daha böyük zərbə alıb. Məsələn, əgər 20-30 min həşəratlar içərisində 80 növ Qırmızı kitaba salınıbsa, 111 məməlidən artıq 46 növ salınıb. Bu da 40 faizdən çoxdur. 400 quşun içində 67-70 növün adı Qırmızı kitabdadır.

 

Bütün yırtıcı quşların hamısı bu kitaba salınıb. Bəzi növlərimizin artıq nəsli kəsilib. Məsələn, turan pələnginin sonuncu fərdi keçən əsrin 30-cu illərində mövcud idi. Elə canlılarımız var, onu 30-40 ildir, tapa bilmirik. Məsələn, talış qırqovulu, manul pişiyi, zolaqlı kaftar...Bu, cəmiyyətin problemidir və insanlarda təbiətə qayğı aşılanmalıdır”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq    
23.11.2017, 11:21

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq  

Yeməyiniz bol, mədəniz gen olsun!
23.11.2017, 11:11

Yeməyiniz bol, mədəniz gen olsun!

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
23.11.2017, 11:00

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

AMEA tərcüməçi axtarır   
23.11.2017, 10:58

AMEA tərcüməçi axtarır  

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"
23.11.2017, 10:16

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı   
23.11.2017, 10:10

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı  

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA
23.11.2017, 10:07

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA

 Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI
23.11.2017, 10:00

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu
23.11.2017, 09:58

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

ARXİV