Modern.az

Rusiyada oğurlanan azərbaycanlıya görə milyon yarım tələb olunur

Rusiyada oğurlanan azərbaycanlıya görə milyon yarım tələb olunur

29 Oktyabr 2017, 20:18

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan əsilli kişi maskalı şəxslər tərəfindən oğurlanıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, adisə 25 oktyabrda axşam saatlarında Viborsk rayonunda qeydə alınıb. Oğurlanan şəxsin 45 yaşlı həyat yoldaşı bu barədə polisə məlumat verib.

 

O bildirib ki, 3 maskalı şəxs 48 yaşlı həyat yoldaşını zorla maşına mindirərək ərazidən uzaqlaşdırıblar və daha sonra həmin şəxlər qadına zəng edərək 1.5 milyon avro qarşılığında kişini azadlığa buraxacaqlarını deyiblər.

 

Ərazidə yerləşən təhlükəsizlik kamerasına baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, cinayətkarlar azərbaycanlını zorla göy rəngli “Volksvagen Karavella” markalı mikroavtobusa mindiriblər.

 

Həmçinin müəyyən edilib ki, cinayətkarların qadına zəng etdiyi telefon nömrəsi Ukrayna vətəndaşının adına qeydiyyatda olub.

 

Faktla bağlı araşdırmalar davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı