Modern.az

BTQ ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək

BTQ ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək

İqtisadiyyat

29 Oktyabr 2017, 20:37

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək". Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyindən bildirilib.

 

Nazirlikdən bildiriblər: "BTQ həm Asiya, həm də Avropaya yeni dünya bazarlarına çıxışa kömək edəcək".

 

Nəqliyyat Nazirliyindən qeyd olunub ki, oktyabrın 30-da Bakıda rəsmi açılışı keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolu regionda ən böyük nəqliyyat layihələrindən biridir.

 

Qeyd edək ki, Bakı-Tbilisi-qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında olan saziş əsasında qurulub. BTQ dəhlizi üzrə yük daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!