Modern.az

Moqadişodakı partlayışda ölənlərin sayı 27 nəfərə çatıb

Moqadişodakı partlayışda ölənlərin sayı 27 nəfərə çatıb

Dünya

29 Oktyabr 2017, 22:07

Somalidə törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Moqadişodakı terror nəticəsində 27 nəfər ölüb.

Qeyd edək ki, bundan əvvəl terror aktı nəticəsində 25 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib. “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır