Modern.az

Divara şüar yazan azərbaycanlı gənc həbs edilib

Divara şüar yazan azərbaycanlı gənc həbs edilib

30 Oktyabr 2017, 00:23

Ərdəbil şəhərində divarlara müxtəlif milli şüarlar yazan azərbaycanlı gənclərdən biri rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Modern.az axar.az-a istinadən xəbər verir ki, Mehdi Dustdar adlı fəalın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparıldığı bildirilib. Fəalın ailə üzvləri bir çox rəsmi orqana müraciət etsələr də, onun harada saxlandığı barədə məlumat ala bilməyiblər.

Ərdəbil küçələrinə yazılan şüarlar əsasən azərbaycanlı siyasi məhbusların vəziyyəti, Urmu gölü böhranı və ana dilində təhsillə bağlı olub.

Qeyd edək ki, İranda türklər, azərbaycanlılar əleyhinə təhqir içərikli şüarlar yazılsa da, bununla bağlı tədbir görülmür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər