Modern.az

Vasim Məmmədəliyevin gözləri əməliyyat edildi  

Vasim Məmmədəliyevin gözləri əməliyyat edildi   

30 Oktyabr 2017, 10:29

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyev  əməliyyat olunub.

Bu barədə  V.Məmmədəliyev Modern.az-a məlumat verib.

Alimin sözlərinə görə, o, hər iki gözündən əməliyyat edilib və  həkim nəzarəti altındadır. V.Məmmədəliyev həmçinin qeyd edib ki,  bir neçə gün gün işığına çıxa bilməz.

Qeyd edək ki, şərqşünas-alim həm də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsinin  Elmi-Dini Şuranın sədridir. O, mərhum akademik Ziya Bünyadov ilə birgə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.




Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi