Modern.az

Məşhur diktor Rafiq Hüseynov vəfat etdi

Məşhur diktor Rafiq Hüseynov vəfat etdi

Allah rəhmət eləsi̇n

30 Oktyabr 2017, 11:48

Xalq artisti, Azərbaycanın məşhur televiziya diktoru Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova bildirib.

 

Onun sözlərinə görə, R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib:

“Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

 

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.


Qeyd edək ki, Rafiq Hüsyenov onkoloji xəstəlikdən əziyyət çəkirdi..

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı