İraqda jurnalist öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Kərkükün cənubundakı Dakuk rayonunda qeydə alınıb. Orada yaşayan Kürdüstan TV-nin operatoru Ərkan Şərif evində öldürülüb. Belə ki, naməlum şəxs 50 yaşlı üç uşaq atası olan jurnalist bıçaqla qətlə yetirilib.
Olayla bağlı açıqlama verən Kürdüstan TV-nin daş direktoru Karvan Akreyi hadisənin ötən gecə baş verdiyini açıqlayıb.