26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - “Ermənilər bizə yaxınlaşıb dedilər ki, siz istəyinizə nail oldunuz” - MÜSAHİBƏ
“Ermənilər bizə yaxınlaşıb dedilər ki, siz istəyinizə nail oldunuz” - MÜSAHİBƏ +
31.10.2017, 09:18

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev qurumun Rostovdakı komitə iclaslarından qayıdıb. 

Modern.az-a müsahibəsində deputat təəssüratlarını bölüşüb.

 

- Eldar müəllim, bu yaxınlarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının ( QDİƏT PA) Rostovda keçirilən komitə iclaslarına qatılmışdınız. Keçirilən bu iclasların Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Rostovda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat komitəsinin və  Hüquq və siyasət komitəsinin iclasları idi. Qurumdakı nümayəndə heyətinin rəhbəri bu iclasların Rastovda keçirilməsi qərarını vermişdi. 

Orada insanlar çox qonaqpərvərdir. Deyim ki, Azərbaycan haqqında da geniş məlumatları var idi, hətta İkinci Dünya Müharibəsi zamanı Taqanroqda azərbaycanlıların yaratdıqları diviziya haqqında da bizə danışdılar. Azərbaycanlıların öz canları bahasına Taqanroqu qoruduqlarını dedilər. Deyim ki, diasporumuz da orada öz işini yüksək səviyyədə qurub.

Rostov vilayət rəhbərliyi Ümummilli lider Heydər Əliyev haqqında, onun böyüklüyündən, dahiliyindən bizə danışdılar. Təbii ki, ölkəmizin hüdudlarından kənarda ümummilli liderimiz barədə xoş sözlər deyilməsi bizim üçün çox böyük ruh yüksəkliyi yaratdı.

Komitələrin açılışında vilayətin qubernatoru, vilayət parlamentinin spikeri, Moskva Dumasından nümayəndələr,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rəhbərliyi və üzvləri iştirak edirdilər.

İlk olaraq Hüquq və siyasi komitəsində müzakirələr aparıldı. Burda iki əsas məsələ, görülən işlər, deklarasiyanın qəbulu və seçki ilə bağlı danışıqlar aparıldı. Hesabatlardan sonra, debatlar oldu.

İqtisadiyyat Komitəsindəki müzakirələrdə isə mən də orda Azərbaycandakı bugünkü siyasi-iqtisadi vəziyyət və digər məsələrlə bağlı çıxış etdim.

Daha sonra deklarasiyanın qəbulu zamanı ermənilər hər zaman olduğu kimi,  dəyişiklik təklifləri ilə çıxış etdilər. Məndən öncə Rusiya Dumasının nümayəndəsinə söz verildi. O, ermənilərin təklifinə qarşı çıxdı.

Daha sonra mən çıxış edərək bildirdim ki, biz Hüquq və siyasət komitəsinin iclasına toplanmışıq və erməni tərəfinin qeyd etdiyi dəyişikliklərin bu iclasa heç bir aidiyyatı yoxdur. Əgər belədirsə, o zaman biz bu dəyişiklikyi niyə qəbul etməliyik? Komitə iclasında iştirak edənlərin hamısı bu məsələyə etiraz etdilər, təkcə ermənilərdən başqa...

Dəyişiklik təkrar səsə qoyulsa da, qəbul edilmədi. Bu ermənilərə çox təsir etdi, çünki onlar tərəfindən edilən 3 təklifdən heç biri keçərli olmadı. Buna görə ermənilər qurumun baş katibi Asəf Hacıyevə öz etirazlarını bildirdilər. Asəf Hacıyev isə qeyd etdi ki, hər şey şəffaf keçirildi, hər şeyi səsvermə həll etdi. Bunu görən ermənilər bizə dedilər ki, siz istədiyinizə nail oldunuz.

Daha sonra iqtisadi məsələlərlə bağlı müzakirələr aparıldı. Mən də öz növbəmdə ölkəmizdə olan sosial vəziyyət, gənclərə olan yanaşma, büdcəmizin sosial yönümlü olması, ölkəmizdə məcburi köçkünlərə yüksək səviyyədə şəraitin yaradılması, səhiyyə, təhsil sahəsində olan inkişafdan danışdım.

İkinci deklarasiya da qəbul olundu.

Müzakirələrdə hər iki komitənin rəhbərliyinə seçkilər oldu.  Rusiyanın deputatı Vasiloviç Hüquq və Siyasət Komitəsinin sədri, mən isə müavin oldum.

Bilirsiniz, hətta Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası iqtisadi qurum olsa da, burada da aparıcı komitə Hüquq və siyasət komitəsidir. Bu komitənin nüfuzu daha çoxdur. Ona görə də böyük dövlətlər hər zaman çalışır ki, belə komitələrə rəhbərliyi öz əllərində saxlasınlar. Mən iqtisadçı olmağıma baxmayaraq, İqtisadiyyat Komitəsinə rəbərlikdən imtina etdim.

Məlumat üçün deyim ki, Hüquq və siyasət komitəsinin növbəti iclasının Ruminyada baş tutması planlaşdırılır. Mənim də orda məruzəçi kimi çıxış etməyim təklif edilib.

- 416-cı Taqonroq ordusu ilə bağlı Rostovda ucaldılmış abidəni də ziyarət etdiniz?

- İclasdan sonra Asəf Hacıyevlə birlikdə Taqanrokda abidənin ziyarətinə getdik. Ora gedən zaman bizi yüksək səviyyədə müşayiət etdilər. Abidə çox möhtəşəmdir. Bu abidənin yenidənqurma işləri üçün bir müddət öncə cənab Prezident İlham Əliyevə vilayət rəhbərliyi tərəfindən müraciət olunmuşdu. O zaman dövlət başçısının göstərişi ilə büdcədən pul ayrıldı və həmin abidədə bərpa və yenidənqurma işlər aparıldı.

Bu abidə ulu öndərimiz Heydər Əliyev tərəfindən soydaşlarımızın xatirəsininin əbədiləşdirilməsi üçün qurulub. Hətta bu abidənin açılışından sonra Heydər Əliyev Brejnevə müraciət edib ki, o insanları mükafatlandırsınlar. O abidə də bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hətta abidənin açılışında Heydər Əliyev özü ilə bərabər siyasi büronun üzvlərindən bir neçə nəfəri də gətiribmiş.
 

- Azərbaycan müxtəlif beynəlxalq təşkilatların PA-da təmsil olunur. Dövlətimizin beynəlxalq təşkilatlardan, elə götürək, QDİƏT PA-dan gözləntiləri nə ola bilər?

- İlk olaraq, deyim ki, burda 12 dövlət təmsil olunur. Bunun  da əksəriyyəti keçmiş postsovet ölkələridir. Bizim orada  məqsədimiz iqtisadi və siyasi əlaqələri möhkəmləndirməkdir.  Əsas hədəfimiz isə Azərbaycanın maraqlarına yönəlir. Əlbəttə ki, bu gün bizim üçün vacib məsələ Qarabağ problemidir. Biz çalışırıq ki, qəbul edilən deklarasiyalarda dövlətlərin biri-birinin torpaqlarını necə zəbt etmələrini göstərək. Ermənilər istəsələr də, istəməsələr də biz o deklarasiyanı qəbul etdirəcəyik. Necə ola bilər ki, biz eyni masa arxasında əyləşirik, amma torpaqlarımızı işğal edirlər?  1 milyon qaçqın, məcburi köçkün ola-ola mən erməni ilə üzbəüz oturub, toplantı keçirim? Əlbəttə ki, biz hər zaman millət, xalq olaraq sülhün tərəfindəyik. Amma biz haqq sözümüzü bütün dünyaya çatdırmalıyıq.

- Yeri gəlmişkən, bu günə qədər erməni deputatları ilə bu məsələdə hansısa müzakirələriniz oldumu?

- Ermənilər bu məsələdə haqsız olduqlarını bildikləri üçün bizimlə hansı üzlə danışsınlar ki? Onlar elə hər məsələdə özlərini “haqlı” çıxarmağa çalışırlar. Amma erməni deputatları Azərbaycana gəldiyi zaman hər şeyi öz gözləri ilə gördülər ki, bizim ölkəmizdə nə qədər inkişaf var. Azərbaycan  günü-gündən inkişaf edir, ölkəmiz dünya arenasında özünə məxsus mövqe tutur.

 

- Eldar müəllim, bildirdiniz ki, Hüquq və siyasət komitəsində qurumun 25 illiyinin keçirilməsi ilə bağlı müzakirələr aparılır. Bilmək istərdik, Azərbaycan orda hansı mövqedən çıxış edəcək? Hansısa təklifləriniz olacaqmı?

- Bu, bayram xarakterli bir tədbir olacaq. Mart ayında keçiriləcək, amma hələ ki harda keçirilməsi ilə bağlı danışıqlar aparılmayıb. Yəqin ki, böyük dövlətlərdən birində olacaq. Proqramlar hazırlanır, güman ki, yanvar ayında bununla bağlı məlumatımız olacaq.

Əlbəttə ki, bizim də öz təkliflərimiz olacaq. Noyabrın 29-30-da Kiyevdə keçiriləcək toplantıda bununla bağlı qərar veriləcək. Orda Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edəcək. 

 

- Yeri gəlmişkən, “Azərtac” məlumat yaydı ki, yaxın vaxtlarda İtaliyada kitabınızın təqdimatı olacaq. Bu BMT tərəfindən də artıq elan olunub. Kitab hansı dildə tərcümə olunub, tədbirdə kimlər iştirak edəcək?

- Öncə onu deyim ki, bu kitab çox böyük çətinliklə ərsəyə gəlib. Avropa Təbiət Elmlər Akademiyasının bilavasitə özünün müraciəti ilə Almaniyada ingilis dilində çapdan çıxdı. Hətta satışını da özləri həyata keçirmişdilər. Bir neçə il öncə Vatikanda ərzaq təhlükəsizliyi ilə bağlı mühazirəm olanda orda mənə yaxınlaşdılar. Onlar mənə hətta akademiyada mühazirə deməyimi də təklif etmişdilər. Vatikanın Banifas akademiyası məni həqiqi üzv seçdi. Və onlar mənə müraciət edərək dedilər ki, sizi Romaya dəvət edək, orda üzvlük sənədlərini verək.

Mən qərara gəldim ki, bu 3 tədbiri bir yerdə keçirək.  Noyabrın 11-də Romada həm kitabın təqdimatı olacaq, həm də bu kitabın BMT tərəfindən “İlin kitabı” elan edilməsi ilə bağlı, eyni zamanda mənim Vatikanın Banifas akademiyasının həqiqi üzvü seçilməyim qeyd ediləcək. Tədbirə Almaniyadan alimlər, Vatikandan nümayəndələr, İtaliyadan elm adamları, başqa bir neçə ölkədən qonaqlar qatılacaq. Biz Azərbaycanın İtaliyadakı səfirliyinə bununla bağlı məktub da hazırlamışıq.

Kitabin təqdimatı ilə bağlı geniş məlumat tədbirdən sonra veriləcək.

Eldar müəllim, Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu xətti artıq işə salındı. Sizcə, bu dəmir yolu ölkəmizin inkişafına hansı töhfələri verəcək?

- Bir daha Azərbaycan xalqını Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması münasibətilə təbrik edirəm. Bu, bir hadisədir, bizim üçün tarixi bir gün sayılır. Prezidentimiz İlham Əliyev çağdaş zamanda xeyli ilklərə imza atır, tarix yazır. Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında nə qədər sevinmişdiksə, indi də qürur içində bu günün sevincini yaşayırıq. Bu dəmir yolu xətti həm Türkiyə ilə Azərbaycanın daha da sıx birləşməsi, həm də Avropaya çıxışımızı təmin edəcək. Azərbaycanın inkişafı üçün hər zaman yenilikləri həyata keçirən Prezident İlham Əliyevin bu işdə də böyük əməyi, zəhməti var. Bu dəmir yolu xəttinin işə salınmasında Türkiyə prezidenti Ərdoğanın da əməyi oldu. Hətta o dövrdə də biz dövlət olaraq, Gürcüstana bu işlərin həyata keçirilməsində maddi baxımdan kömək etdik. Bu gün artıq Azərbaycan təkcə qonşu ölkələrlə deyil, digər dövlətlərlə iqtisadi-siyasi baxımdan sıx əməkdaşlıq əlaqələri həyata keçirir. Növbəti illərdə həyata keçiriləcək olan TANAP layihəsində də bu dəmir yolunun öz tarixi əhəmiyyəti olacağına əminəm. Hətta dövlətimizin inkişafına qısqanclıqla yanaşan dövlətlər üçün də bu dəmir yolu xəttinin öz töhfəsi olacaq. Bu dəmir yolu xəttinin bütün region üçün öz əhəmiyyəti var.

 


Pərvin ARZUQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Sosial şəbəkələr boşanmaya səbəb olur”
26.09.2018, 10:29

“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Putinin Ermənistana səfər tarixi məlum oldu
26.09.2018, 10:22

Putinin Ermənistana səfər tarixi məlum oldu

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO
26.09.2018, 10:18

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ
26.09.2018, 10:10

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb
26.09.2018, 10:08

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub
26.09.2018, 09:55

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”
26.09.2018, 09:50

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”

“Azerspace-2” orbitə buraxıldı - VİDEO
26.09.2018, 09:47

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Xəzər dənizində zəlzələ olub
26.09.2018, 09:40

Xəzər dənizində zəlzələ olub

Cəbhədə şiddətli atışma oldu
26.09.2018, 09:39

Cəbhədə şiddətli atışma oldu

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ
26.09.2018, 09:38

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR
26.09.2018, 09:37

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26.09.2018, 09:33

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

Putin Bakıya sabah gəlir - XİN-dən AÇIQLAMA
26.09.2018, 09:28

Putin Bakıya sabah gəlir - XİN-dən AÇIQLAMA

Mehriban Əliyeva: “Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq”
26.09.2018, 08:52

Mehriban Əliyeva:Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər
26.09.2018, 08:32

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
26.09.2018, 07:54

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Almaniya gərginliyin artmasından narahatdır
26.09.2018, 00:56

Almaniya gərginliyin artmasından narahatdır

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü
26.09.2018, 00:43

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları
26.09.2018, 00:27

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb
26.09.2018, 00:15

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb

Azərbaycan nefti bahalaşıb
25.09.2018, 23:56

Azərbaycan nefti bahalaşıb

Abramoviç “Çelsi”nı satır
25.09.2018, 23:42

Abramoviç “Çelsi”nı satır

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək
25.09.2018, 23:33

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR
25.09.2018, 23:18

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi
25.09.2018, 23:01

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı
25.09.2018, 22:44

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR   
25.09.2018, 22:34

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...
25.09.2018, 22:30

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO
25.09.2018, 22:23

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb
25.09.2018, 22:14

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib
25.09.2018, 21:59

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi
25.09.2018, 21:43

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO
25.09.2018, 21:25

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur
25.09.2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək
25.09.2018, 20:55

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova
25.09.2018, 20:43

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir
25.09.2018, 20:30

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü
25.09.2018, 20:16

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi
25.09.2018, 20:03

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı
25.09.2018, 19:59

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb
25.09.2018, 19:34

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO
25.09.2018, 19:25

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO
25.09.2018, 19:16

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
25.09.2018, 19:08

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

Sabah bu ərazilərdə qaz olmayacaq
25.09.2018, 19:00

Sabah bu ərazilərdə qaz olmayacaq

25.09.2018, 18:50

"Baku Bus"un avtobusu alovlandı: Sürücü sərnişinlərin həyatını belə xilas etdi -VİDEO

Onlar dünya çempionu oldular - Bakıda
25.09.2018, 18:40

Onlar dünya çempionu oldular - Bakıda

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır
25.09.2018, 18:32

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır

Azərbaycan mediasından dünyaya örnək layihə
25.09.2018, 18:20

Azərbaycan mediasından dünyaya örnək layihə

ARXİV