Modern.az

Valeh Ələsgərov: “130 milyard mənfəət götürülüb” - YENİLƏNİB

Valeh Ələsgərov: “130 milyard mənfəət götürülüb” - YENİLƏNİB

Aktual

31 Oktyabr 2017, 12:58

Milli Məclisin növbəti iclası başlayıb. Modern.az saytının məlumatına görə, iclası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov açıb.


 Parlament gündəlikdə duran birinci məsələni müzakirəyə çıxarıb. (Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi).

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qanun layihəsi haqqında məlumat verib. O qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub. Valeh Ələsgərovun sözlərinə görə, “Azəri- Çıraq-Günəşli” yatağının işlənməsində 5.7 milyard dollara yaxın mənfəəti olub.


“Azərbaycanın payına 130 milyard dollara yaxın mənfəət nefti şəklində gəlir düşür. Bundan başqa Azərbaycan şirkətləri bu layihədə podratçı kimi fəaliyyət göstərib ki, bunun da həcminin hesablasaq bir neçə milyard dollar edər. Bugünkü sazişin bitməsinə 7 il qalır. Bu müddətdə podratçı tərəflərdən böyük sərmayələrin qoyulmasını tələb etmək mümkün olmaz. Çünki 7 ilə bu vəsaiti qaytarmaq olmaz. 2019-cu ildən layihənin maliyyələşməsi haqqında qərara verilsə də, ilk neft bu layihə çərçivəsində ilk neft 2023-cü ilin ortalarında çıxarıla bilər. Bu məqsədlə Azərbaycan şirkətləri ilə xarici podratçılar layihənin davam etdirilməsi haqqında razılıq əldə ediblər”- Valeh Ələsgərov bildirib.


Parlamentin vitse-spikeri söyləyib ki, layihənin yenilənmiş sazişin qüvvəyə minmə tarixindən başlayaraq 2049-cu ilin 31 dekabrınadək davam edəcəyi nəzərdə tutulub.


“Yeni saziş tam fərqli şəraitlərdə hazırlanıb. 1994-cü ildə olan risklər indi yoxdur. Bunları nəzərə alaraq Azərbaycan tərəfinin qarşıya qoyduğu bonus ödənişlərin miqdarı müəyyən edilib. Hər il 450 milyon dollar bonus ödəniləcək. Əvvəlki sazişdə olduğu kimi, burada işçilərin 90 faizi, fəhlə heyətinin də 95 faizi Azərbaycan vətəndaşları olmalıdır. Layihənin mənfttliyi yüksək səviyyəyə atdığı üçün mənfəətin 70 faizi dövləti. 20 faizi podratçı tərəfi. 4 faizi içə AÇQ Asc-yə çatacaq. Təbii səmt qazı indiyədək olduğu kimi Azərbaycana pulsuz çəkildə çatdırılacaq. əgər sərbəst təbii qaz yataqlarının mövcudluğu aşkar olunsa bunun işlənməsi ilə bağlı müstəsna hüuqu Azərbaycan Dövlət Neft Şirkətində qalır. Ətraf mühitin qorunması. Iş.lərin təhlükəsizliz müasir şəkildə aparılması kimi məsələlər sazişin 26 maddəsinin 6-cı əlavəsində öz əksini tapıb”.

Müzakirələrən sonra qanun layihəsi qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar