Modern.az

Deputat məsələ qaldırdı: “Torpaqların satın alınmasına baxılsın”  

Deputat məsələ qaldırdı: “Torpaqların satın alınmasına baxılsın”    

31 Oktyabr 2017, 12:48

“Azərbaycan xalqını Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması münasibəti ilə təbrik edirəm”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.

O, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib:


“Podratçının əldə etdiyi torpaq sahəsi SOCAR-ın mülkiyyətinə keçəcək. Bu yaxşı haldır. Amma podratçıların içərisində Azərbaycan təşkilatları olmasına baxmayaraq onlar sözün əsl mənasında Azərbaycan təşkilatı deyil. Çünki pay bölgüsündə xaricilərin payı çoxdur. Ona görə də, təklif edirəm ki, torpaqların satın alınması məsələsinə baxılsın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?