Modern.az

Vitse-spiker: “Kapital xərcləri haqqında dəqiq rəqəm demək çətindir”  

Vitse-spiker: “Kapital xərcləri haqqında dəqiq rəqəm demək çətindir”    

31 Oktyabr 2017, 12:56

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib.

 Modern.az-ın məlumatına görə, deputat Vahid Əhmədovun sualını cavablandıran V. Ələsgərov qeyd edib ki, indidən kapital xərcləri haqqında dəqiq rəqəm demək çox çətindir:

“Bunu kim desə, səhv edəcək. Bu haqda dəqiq proqnoz vermək olmaz. Çünki yatağın işlənməmiş hissəsində də işlər aparılacaq. Bu layihənin kapital tutumu 33 milyard da, 28 milyard da ola bilər. Dəqiq rəqəm işlər görülüb bitəndən sonra müəyyən olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir