Modern.az

Ziyafət Əsgərov Fazil Mustafaya məsələhət verdi - POLEMİKA  

Ziyafət Əsgərov Fazil Mustafaya məsələhət verdi - POLEMİKA   

31 Oktyabr 2017, 13:57

Milli Məclisin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, deputat Fazil Mustafa gələcəkdə bu qanuna dəyişiklik edilməsini təklif edib.

“Bu vaxta qədər də yaşıllıqlarda əkiləcək bitkilərin cinsi, torpaqların xüsusiyyətini qeyri-formal qaydada icra hakimiyəti müəyyən edirdi. Hesab edirəm ki, bu məsələni yenidən icra hakimiyyətinə həvalə etmək heç nəyi dəyişməyəcək, xaricdə bu işi bələdiyyələr, vətəndaşlar edir. Bizdə isə yaşıllıqları salanları stimullaşdırma yoxdur. Bir sıra ərazilərdə salınan yaşıllıqların solmasını müşahidə edirik. Çöldürsə o elə qalmalıdır, yaşıllıqlar salmağa nə ehtiyac var? Bu işdə həm də məsuliyyət məsələsinə baxılmalıdır. Ona görə də icra orqanlarının məsuliyyətinin müəyyən edilməsi vacibdir. Milyonlar ödəyərək xaricdən ağac gətirməyə ehtiyac yoxdur. Vətəndaşlar stimullaşdırılsa, Abşeron torpağına uyğun yaşıllıqlar əkilər”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Fazil Mustafaya cavabında bildirib ki, bu gün yaşıllıqlar salan təşkilatların sayı kifayət qədərdir.

 

“Biz Yeni Azərbaycan Partiyası olaraq də ildə bir neçə dəfə ağac əkirik. Bir partiya başqanı olaraq Fazil müəllim, siz də təşəbbüs göstərib, ağac əkin, yaşıllıq salın.
Fazil müəllim bir kənara çıxıb baxmaq lazımdır. Tənqid etməyə nə var ki?!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir