Modern.az

Ukraynalı nazir Saakaşvilinin tərəfdarlarını “tör-töküntü” adlandırdı

Ukraynalı nazir Saakaşvilinin tərəfdarlarını “tör-töküntü” adlandırdı

31 Oktyabr 2017, 16:29

Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin tərəfdarlarını tör-töküntü adlandırıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Avakov Radanın önündə çadır quran mitinq iştirakçılarını qorumaq üçün ərazidə olan polis postunu da götürüb.

“Radanın yanındakı tör-töküntüyə dövlət pullarını xərcləməyi lazım bilmirəm”.

 

Mixail Saakaşvili isə buna cavab olaraq, Avakovun “tör-töküntü” deyərkən Ali Radanın deputatlarını nəzərdə tutduğuna ümidini ifadə edib.

 

Ukraynada Poroşenkonun istefası tələbi ilə oktyabrın 19-dan başlayaraq Kiyevdə mitinqlər keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir