Modern.az

ABŞ-da silahlı insident: 8 ölü - YENİLƏNİB

ABŞ-da silahlı insident: 8 ölü - YENİLƏNİB

1 Noyabr 2017, 09:05

ABŞ-da növbəti dəfə silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Nyu-York şəhərinin mərkəzində atışma olub. İnsident nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, məktəbin yaxınlığında yük maşını izdihama çırpılıb. Daha sonra isə avtomobilin sürücüsü maşından yerə düşərək polislərə atəş açıb.   

 
***

Nyu-Yorkun Manhetten rayonunda baş verən terror aktı nəticəsində həlak olanların sayı 8-ə çatıb. Bundan əlavə, bir neçə nəfərin də yaralandığı bildirilir.

Şəhər polisinin verdiyi məlumata görə, terror aktı Florida ştatının Tampa şəhərindən olan 29 yaşlı Sayfullo Saipovun kirayə götürülmüş yük avtomobilini piyadaların və velosipedçilərin üstünə sürməsi nəticəsində baş verib. Hadisənin yerli vaxtla təxminən saat 3:05-də törədildiyi bildirilir.

Şahidlər qeyd ediblər ki, cinayətkar avtomobili piyadaların üstünə sürdükdən sonra iki tapança ilə onlara atəş açmağa çalışıb. Lakin polis işçilərinin vaxtında müdaxiləsi nəticəsində cinayətkar güllə ilə vurularaq zərərləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir