Modern.az

Heydər Əsədov: “1700 adam məhkəmələrə verilib”

Heydər Əsədov: “1700 adam məhkəmələrə verilib”

İqtisadiyyat

1 Noyabr 2017, 11:32

“Bu gün əhalinin 37 faizi kənd təsərrüfatında çalışır”.

 Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Kənd təsərrüfatı işçilərini peşə günü"nə həsr olunmuş tədbirdə bildirib. H.Əsədov deyib ki, dünyada və eləcə də Azərbaycanda neft qiymətlərilə bağlı məsələlər aqrar sektora ehtiyacı daha da artırdı:

 

"Bütün bunlar isə kompleks yanaşma tələb edirdi. Dövlət başçısından siyasi və maddi dəstək alaraq, kənd təsərrüfatını inkişaf etdirməyə başladıq. 4 il ərzində 260-a yaxın qərar, sərəncam və qanunlara dəyişiklik edilib. Bununla paralel, beynəlxalq münasibətləri qurduq".


Nazirin sözlərinə görə, bu il ərzində Azərbaycana 10 min ədəd texnika gətirilib:

"4 il ərzində isə 20 min texnika cəlb edə bildik".

Nazir qeyd edib ki, bu il “Aqrolizinq” layihəsi çərçivəsində 1700 adam texniki avadanlıqların kredit borcunu ödəmədiyinə görə məhkəmələrə verilib".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir