Modern.az

Prezident Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib

19 Noyabr 2009, 13:58

Noyabrın 19-da Prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib. Mərasim Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, inşaatçılar və energetiklərin iştirakı ilə keçirilib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, təməli 2005-ci il avqustun 12-də qoyulmuş 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır. Yeni stansiya şəhərin perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib. İlham Əliyev stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı