Modern.az

İlham Əliyev Seyid Əli Xamenei ilə görüşdü-YENİLƏNİB

İlham Əliyev Seyid Əli Xamenei ilə görüşdü-YENİLƏNİB

1 Noyabr 2017, 22:57

Prezident İlham Əliyev Tehranda İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. Modern.az APA-ya istinadən xəbər verir ki,  Ayətullah Xamenei Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Seyid Əli Xamenei iki ölkənin dərin tarixi bağlarının olduğunu qeyd edib: "İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələrin olmasını istəməyənlər var. Onların bu təhrikedici istəkləri və dağıdıcı addımları qarşısında müqavimət göstərmək, daha ciddi əzmkarlıq və iradə ilə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək lazımdır".

 

Prezident İlham Əliyev  Azərbaycan və İran arasında mədəni, iqtisadi, enerji, tranzit və qarşılıqlı investisiya sahəsində əməkdaşlığın olduğunu vurğulayıb: "Hazırda  İranla iqtisadi və mədəni əlaqələrimizi möhkəmləndiririk və bu əlaqələrin davamlı və sarsılmaz olması üçün ciddi iradə var. Heç kimə iki ölkənin əlaqələrini pozmağa və müdaxilə etməsinə icazə verməyəcəyik”, deyə dövlət başçısı vurğulayıb.

 

19:21

 

Azərbaycan prezidenti İlham Əliyev Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

 

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu