23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - “Saxta pul” kralı – Qorbaçovun sürücüsü olan “Kriminal əfsanə” - Viktor Baranov
“Saxta pul” kralı – Qorbaçovun sürücüsü olan “Kriminal əfsanə” - Viktor Baranov
01.11.2017, 22:41

Onun qeyri-adi istedadı heyrət doğurub. Bu istedadını cinayətə tərəf istiqamətləndirdiyindən yüksək çinlilər, hətta təəssüf hissi keçiriblər. O, təkbaşına bütöv bir müəssisənin, peşəkar mütəxəssislərin, çapçıların, rəssamların, dizaynerlərin, mühəndislərin işini görüb. Məxfiliyi dövlət sirri səviyyəsində olan texnoloji prosesi son incəliklərinə qədər mənimsəməyi bacarıb. Bütün bunlar ona illər hesabına başa gəlsə də, istədiyi nəticəni əldə edə bilib. Və beləliklə, Viktor Baranov yüksək “peşəkarllığı” nəticəsində dövriyyəyə külli miqdarda saxta pul buraxıb.

Modern.az saytı 1970-ci illərdə SSRİ-də baş vermiş maraq doğuran olaylardan biri haqqında yazını təqdim edir.

 

1941-ci ildə Moskvada anadan olan Viktor Baranov atasının iş yerini dəyişməsi ilə əlaqədar 16 yaşında  valideynləri ilə birgə Stavropola köçüb. Məktəb illərindən müxtəlif rəsmlər, qədim pul əskinazları kolleksiyası toplamağa həvəs göstərən Viktor rəssamlığa da meylli olub və rəsm dərnəklərinə yazılıb. Ancaq bütün bu həvəslərə baxmayaraq o, ali təhsil almaq haqqında düşünməyib. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətdən sonra isə sürücülük kurslarını bitirərək  Stavropol Diyar Partiya Komitəsində sürücü kimi işə başlayıb. Çox tez-tez həmin dövrdə Stavropolda birinci katib vəzifəsində işləyən Qorbaçovu da “gəzdirmək” Viktorun qismətinə yazılıb. Ümumiyyətlə, bu illər ərzində gənc Viktor ətrafında olan insanlarda ancaq xoş təəssürat yaradıb.

 

Viktor Baranov həmyaşıdları arasında və kollektivdə həm də təşəbbüsskarlığı, yeni ideyalar və təkliflər irəli sürən bir gənc kimi də fərqlənib.

Amma beynində illərboyu dolaşan bir ideya haqqında o heç kimə danışmayıb. Viktor Baranov saxta pul əskinazları düzəltmək fikrini heç kimlə bölüşməyib. Bu işin nə qədər mürəkkəb və həm də təhlükəli olduğunu bilsə də, o fikrindən vaz keçməyib.

İdeyasını reallaşdırmaq üçün cəmisi 10 illik orta təhsili olan Viktor 18 adda müxtəlif ixtisasları dərindən öyrənib. Bu işə 9 il vaxt sərf edən Baranov dəfələrlə Moskvaya gedib, elmi kitabxanalarda araşdırmalar aparıb, ayrı-ayrı mətbəələrin texnoloji prosesləri ilə yaxından tanış olub, kağız, rəng, çap işinin incəliklərini mənimsəyib.

 

Baranov yaxşı dərk edib ki, bütün pul əskinazlarında olduğu kimi sovet rublununda çox mürəkkəb mühafizə elementləri var. Və o bütün diqqətini hazırlayacağı saxta pulun üzərində bu mühafizə elementlərinin tətbiqinə yönəldib.

Nəhayət, bütün bilgiləri əldə etdikdən sonra Baranov özünün icad etdiyi çap dəzgahının düzəldilməsi üçün müxtəlif şəhərlərə üz tutub. Diqqəti yayındırmaq üçün dəzgahın ayrı-ayrı detallarını müxtəlif şəhərlərdə düzəltdirib.

İşə başlamaq üçün yer seçimini də Baranov ağılla düşünüb. Evlərinin arxasındakı baxımsız, uçuq-sökük saray onun “yeni pul sexi”nə çevrilib. Dəzgahın detalları hazır olduqdan sonra onu məhz bu sarayda quraşdırıb.

 

Birinci dəfə Baranov 70 ədəd 50-lik əskinaz düzəldib. Bu pulları o Krasnodar şəhərində “əridib”. Gözü-könlü “tox olan” Baranov bir müddət işi dayandırıb. Heç bir təhlükənin yaranmadığını gördükdən sonra isə yenidən “yaradıcılıq fəaliyyəti”nə davam etməyə başlayıb. Bu dəfə isə o, düzəldilməsi 50-likdən daha çətin olan 25-liklər çap edib.

25-liklər də uğurla alınaraq dövriyyəyə buraxılıb. Ancaq bu dəfə hüquq-mühafizə orqanlarına saxta pulların dövriyyəyə buraxılması haqqında məlumat verilib. Beləliklə, axtarış əməliyyat tədbirləri başlanıb.

 

 

Təbii ki, bu tədbirlərdə “Qoznak”-ın (Dövlət Qiymətli Kağızların Hazırlanması Ekspedisiyası) mütəxəssislərindən də istifadə olunub. Mütəxəssislər qeyd ediblər ki, bu cür əskinazların düzəlməsi üçün mütləq şəkildə peşəkarlardan ibarət bir qrupun işləməsi lazımdır. “KQB” isə pulların xaricdə hazırlanması versiyasını irəli sürüblər. Bunlar düşünməklərində, Baranov isə növbəti 420 ədəd 25-liyi “xırdalamağa” imkan tapıb.

 

Kifayət qədər zənginləşən Baranov öz ərizəsi ilə işindən azad olub. Bu ərəfədə o özünə “Niva” markalı maşın alıb, həyat yoldaşının üzərindəki zinyət əşyaları da fərqli dərəcədə dəyişib. Sözsüz ki, bu da sovet rejimi dövründə diqqətdən yayınmayıb. Amma saxta pulla bağlı Baranov şübhə yeri də qoymayıb.

 

Axtarışların ciddiliyini hiss edən Baranov daha bir partiya pul hazırlayaraq müvəqqəti dayanmağa qərar verib. O, sonuncu hazırladığı 25-likləri xırdalamaq üçün Çerkask şəhərinə yollanıb. Şəhər bazarını “əlverişli yer” sayan Baranov iki ədəd 25-lik əskinazı xırdalayanda bazar satıcısında şübhə yaranıb və dərhal yerli milislərə bu haqda məlumat verib. Bazarı tərk etməyə imkan tapmamış Baranovu həbs ediblər. Sənədlərini təqdim etməyi tələb edəndə, kim olduğunu soruşanda Baranov qısa və konkret cavab verib: “Peşəkar saxta pul düzəldən Viktor Baranov”.

 

Məhkəmə prosesində Baranovun bu işi təkbaşına görməsində şübhələr iddia olunanda da o, hamını təəccübləndirməyi bacarıb: “Mən bütün şübhələri aradan qaldırmaq üçün öz talantımı nümayiş etdirə bilərəm...”

 

Beləliklə, Viktor Baranov öz əl işini əyani şəkildə məhkəmədə nümayiş etdirib. Bu iş təəccüblə yanaşı, məhkəmədə təəssüf hissləri ilə də qarşılanıb. Hakim “siz məşhur bir ixtiraçı ola bilərdiniz” ,- deyə təəcüb və təəssüfünü gizlətməyib.

 

Məhkəmənin hökmü ilə Viktor Baranov 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Saxta pullar isə müsadirə edilərək SSRİ Daxili İşlər nazirliyinin muzeyinə verilib.

 

Cəzasını çəkdikdən sonra Baranov saxta pul sevdasına bir daha düşməyib. Jurnalistlərin “yenidən saxta pul düzəltməyə həvəs göstərərsinizmi?” sualına Baranov belə cavab verib: “Mən dünyada ən mürəkkəb mühafizə elementləri olan sovet publunu yaratdım. Pul qazanmağımdan daha çox öz yaradıcılığımdan zövq aldım. Həmin zövq ömrümün sonuna qədər yetərlidir...”


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yeməyiniz bol, mədəniz gen olsun!
23.11.2017, 11:11

Yeməyiniz bol, mədəniz gen olsun!

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
23.11.2017, 11:00

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

AMEA tərcüməçi axtarır   
23.11.2017, 10:58

AMEA tərcüməçi axtarır  

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"
23.11.2017, 10:16

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı   
23.11.2017, 10:10

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı  

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA
23.11.2017, 10:07

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA

 Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI
23.11.2017, 10:00

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu
23.11.2017, 09:58

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

ARXİV