Modern.az

Yaşlılar üçün ilk universitet

Yaşlılar üçün ilk universitet

1 Noyabr 2017, 23:16

Yaşlılar üçün ilk universitet noyabrın 1-də Moskvada açılıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2500-dən çox Moskva sakini bu universitetdə pulsuz təhsil almaq imkanı qazanacaq. Yaşlı nəslin nümayəndələrinə beş fakültə üzrə ümumi inkişaf proqramları təklif olunacaq. Bunlar humanitar, sağlamlıq və təhlükəsizlik, kütləvi informasiya və informatika, mədəniyyət və yaradıcılıq və fərdi psixoloji dəstək fakültələri olacaq. Dərslər aylıq 48 saat təşkil edəcək.

Qeyd edək ki, yaşlılar üçün ilk universitet professor Pyer Vella tərəfindən 1973-cü ildə Fransada açılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı