Modern.az

Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir

Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir

Dünya

1 Noyabr 2017, 23:54

"Bölgədə həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir. Tərəflər regionda həll olunmamış münaqişələrin regional əməkdaşlıq üçün əhəmiyyətli bir maneə olduğunu təsdiqləyərək,  münaqişələrin beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq, qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırlar". Modern.az Rusiya mediasına istinadən xəbər verir ki,

bu barədə Tehranda  İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən Birgə Bəyannamədə bildirilir.

 

Tərəflər terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin zəruriliyini qeyd ediblər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu