Modern.az

Baş Prokurorluq “Turan” Agentliyinin cinayət işini ləğv etdi  

Baş Prokurorluq “Turan” Agentliyinin cinayət işini ləğv etdi   

Media

2 Noyabr 2017, 12:19

“Turan” İnformasiya Agentliyi haqda vergidən yayınma ilə bağlı qaldırılan cinayət işi dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə agentliyin direktoru Mehman Əliyev bildirib.

Onun sözlərinə görə, noyabrın 2-də Baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olub. Orada R.Usubov “Turan”ın vergidən yayınma ilə bağlı qaldırılan cinayət işinin xətm olunduğu barədə qərar M.Əliyevə təqdim olunub.

M.Əliyev bildirib ki, indi Vergilər Nazirliyindən “Turan”ın 27 min manat vergidən yayınma və 10 min manat cərimələnməsi barədəki qərarın ləğvini gözləyirlər.


Xatırladaq ki, Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti “Turan” İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa etmişdi. Avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb. Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı "başqa yerə getməmək" haqqında qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?