Modern.az

Rusiyadan İŞİD-ə ağır zərbə

Rusiyadan İŞİD-ə ağır zərbə

2 Noyabr 2017, 20:28

Rusiya Hərbi Hava Quvvələri İŞİD-ı növbəti dəfə hava zərbəsi endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun Tu-22M3 bombardmançı təyyarələri Suriyanın Deyr əz-Zor bölgəsində yerləşən İŞİD mövqelərinə hava zərbələri endirib.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, məhv ediləcək hədəflər kimi silah anbarları, texnikalar üçün sığınacaqlar və terrorçuların nəzarət nöqtələri seçilib.

Qeyd edək ki, Rusiya qırıcıları İran və İraq ərazisindən keçərək terrorçulara aviazərbələr endirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır