Modern.az

Kataloniya hökumətinin 8 sabiq üzvü həbs edilib

Kataloniya hökumətinin 8 sabiq üzvü həbs edilib

2 Noyabr 2017, 20:57

Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçilib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İspaniya Milli Məhkəmə Palatasının hakiminin həbs qərarı verdiyi şəxslər arasında muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkeras da var.

Hakim Kataloniya hökumətinin sahibkarlıq məsələləri üzrə sabiq müşaviri Santi Vilanın 50 min avro girov ödəmək şərti ilə azadlıqda qalmasına qərar verib. S.Vila Kataloniya parlamentinin  müstəqillik elan etməsindən bir gün əvvəl tutduğu vəzifədən istefa verib. 

Qeyd edək ki,  Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün bir neçə gün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onların barəsində axtarış elan ediləcəyi və həbs qətimkan tədbiri seçiləcəyi bildirilmişdi.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı