Modern.az

10 min gürcü Avropada yoxa çıxdı

10 min gürcü Avropada yoxa çıxdı

2 Noyabr 2017, 22:47

"Son məlumatlara görə, vizasız gediş-gəlişdən istifadə edən gürcülərin 10 mini Avropada yoxa çıxıb. Həmin şəxslər, başqa sözlə, geri qayıtmaq istəməyib". Modern.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

 

Onun sözlərinə görə, Brüssel artıq bu səbəbdən Gürcüstana vizasız gediş-gəliş sazişinə korrektələr haqqında düşünür: “Avropa İttifaqı Gürcüstanla vizasız gediş-gəlişə razılıq verdikdən sonra gürcülər çox sevindilər. Bunun üçün əsas var idi. Gürcü turistlər və ya iş adamları səfirliklərdə növbələrdə dayanmadan, müxtəlif sənədlər hazırlamadan Avropa ölkələrində 90 gün qala bilərdilər. Ancaq sən demə heç də gürcülərin tamamı 90 günlə kifayətlənmək istəməyib. Son məlumatlara görə vizasız gediş-gəlişdən istifadə edən gürcülərin 10 mini Avropada yoxa çıxıb, başqa sözlə geri qayıtmaq istəməyiblər. Məhz buna görə də Brüssel artıq vizasız gediş-gəliş sazişinə korrektələr haqqında düşünür. Əslində 10 min qoca Avropa üçün böyük rəqəm deyil. Nə olar, köməksiz gürcülərin cəmi 10 mininə əl tutsanız? Sadəcə, görünür Brüsseldə düşünürlər ki, bu templə Avropada yaşayıb işləmək istəyən gürcülərin sayı kəllə-çarxa çıxacaq, hələ üstəlik ukraynalılar da var".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi