Modern.az

Dünya rekordu: Fasiləsiz ən uzun təyyarə uçuşu gerçəkləşdi

Dünya rekordu: Fasiləsiz ən uzun təyyarə uçuşu gerçəkləşdi

Dünya

2 Noyabr 2017, 23:45

Dünyada fasilə olmadan ən uzun təyyarə uçuşu qeydə alınıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərindən havaya qalxan "United Airlines" aviaşirkətinə məxsus "Boeing 787-9 Dreamliner" təyyarəsi 14 min kilometrlik Sinqapur reysini fasiləsiz icra edərək dünya rekorduna imza atıb.

 

Göyərtəsində 252 sərnişin aparan təyyarə düz 17 saat 55 dəqiqə havada olub. Hava gəmisi ABŞ-a 15 saat 15 dəqiqəyə qayıdıb.

 

Xatırladaq ki, bundan əvvəlki rekord 2017-ci ilin fevral ayında "Qətər Hava Yolları"nın Dohadan Yeni Zelandiyanın Oklanda şəhərinə 14 535 km-lik məsafəni 16 saat 23 dəqiqəyə qət edən təyyarəsinə məxsus olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır