Modern.az

Lavrovla Tillerson Suriya problemini müzakirə etdi

Lavrovla Tillerson Suriya problemini müzakirə etdi

3 Noyabr 2017, 00:19

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər Suriyada terror şəbəkələrinin tərəfdarlarının məhv edilməsi, terrorçuların gəlir mənbələrinin aşkara çıxarılması və ölkənin ərazi bütövlüyünə hörmət edilməsi mövzuları barədə müzakirə aparıblar.

 

Rəsmilər BMT TŞ-nin müddəlarından irəli gələn aktiv siyasi dialoqun aparılması üçün beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini də vurğulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir