Modern.az

Tramp Federal Ehtiyat Sisteminin rəhbərliyinə namizədini açıqladı

Tramp Federal Ehtiyat Sisteminin rəhbərliyinə namizədini açıqladı

3 Noyabr 2017, 00:35

ABŞ prezidenti Donald Tramp Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri postuna Cerom Pauelin namizədliyini irəli sürüb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, D.Tramp qərarını bu gün jurnalistlərə açıqlayıb.  

 

ABŞ qanunvericiliyinə əsasən, C.Ceromun namizədliyi Senat tərəfindən təsdiqlənmədir.  

 

Sərmayəçi bankir C.Cerom əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən FES İdarə Heyətinin üzvüdür.  

 

Qeyd edək ki, Tramp FES-in hazırkı rəhbəri Canet Yeleni baza faiz dərəcəsini aşağı səviyyədə saxlamaq siyasətinə görə dəfələrlə sərt tənqid edib.

 

Canet Yelenin FES rəhbəri postunda səlahiyyətlərinin müddəti 2018-ci ilin fevralında başa çatır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!