Modern.az

Peterburqda saxlanılan iki azərbaycanlı qətldə şübhəli bilinir

Peterburqda saxlanılan iki azərbaycanlı qətldə şübhəli bilinir

3 Noyabr 2017, 00:53

Bir həftə əvvəl özgə maşınında və üzərilərində tapança ilə saxlanılan iki kişi Gürcüstanda törədilmiş qətl hadisəsində də şübhəli bilinir. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Peterburq və Moskvada yaşamış 42 yaşlı kişinin meyiti sentyabrın 11-də, Tbilisidə yerləşən restoranlardan birinin qarşısında saxlanılmış maşının içərsində aşkar edilib. O, bir neçə atəşlə qətlə yetirilib.

İstintaq Komitəsi oktyabrın 24-də Peterburqda saxlanılımış iki Azərbaycan vətəndaşı qətldə şübhəli bilir.

Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə (Qətl) cinayət işi qaldırılıb.

Hazırda şübhəli şəxslərin həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi məsələsinə baxılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu