Modern.az

“Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil” müsabiqəsi elan olunub

“Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil” müsabiqəsi elan olunub

16 İyun 2011, 10:24

Azərbaycan Fotoqraflar Birliyi (AFB) və ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti tələbələr arasında “Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil” adlı foto -  müsabiqə elan edib. ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova Modern.az-a bildirib ki, müsabiqənin şərtlərinə görə, ADU tələbələri yay tətili günlərində yaşadıqları gözəl anları, xoş dəqiqələri fotoaparatın lentinə köçürməlidirlər. AFB-dən seçilən münsiflər heyəti maraqlı hesab edilən fotoların müəlliflərini təyin edəcək və onları müxtəlif hədiyyələrlə təltif edəcəklər. Bundan əlavə, həmin fotolardan ibarət sərginin keçiriləcəyi də nəzərdə tutulur. Fotolar CD formatında 2011-ci il oktyabrın 1-dək ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinə təqdim edilməlidir.     


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı