23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Ahıskadan sürgün edilən, Fərqanədən qovulan, Xocalıda soyqırımı yaşayan ailənin Quba dramı - MÜSAHİBƏ
Ahıskadan sürgün edilən, Fərqanədən qovulan, Xocalıda soyqırımı yaşayan ailənin Quba dramı - MÜSAHİBƏ
03.11.2017, 10:01

1989-cu il... Sovet rejiminin süqut ərəfəsi...

Millətlərin müstəqillik arzuları fonunda rejimi əhatə edən coğrafiyada çaxnaşmalar, yeni münaqişə ocaqları yaranırdı. Yüzlərlə, minlərlə türk bu ocaqların alovunda “qovrulurdu”.

Ahıska türklərinin vəziyyəti isə daha dözülməz idi. Etnik mübarizə zəminində Özbəkistana və Gürcüstana təsir etmək üçün məhz Ahıska türkləri hədəf seçilmişdi. Əsas məqsəd Özbəkistanda süni qarşıdurma yaratmaq idi. Ona görə də ahıskalılara qarşı özbək cəmiyyətində düşmənçilik toxumu səpilirdi.

Artıq ahıskalılar etnik mübarizənin qurbanı olaraq heç yerdə qəbul edilmirdilər. Özbəklər onları bu torpaqlardan uzaqlaşdırmaq, Gürcüstandakı öz dədə-baba torpaqlarına qayıtmaları üçün küçələrə tökülmüşdülər. Plan, hiylə isə Rusiya  imperiyasının idi...

Və məkrli istək reallaşdı. 1989-cu ildə etnik mübarizə bir anda bütün Fərqanə vadisini bürümüşdü. Yanmış evlər, ayaqlar altında qalan meyitlər Fərqanəni yaşanmaz hala gətirmişdi. Ahısklıların gözü qorxmuşdu. Özbəkistanı tərk etməkdən başqa çıxış yolu yox idi...

Fərqanə hadisələrindən sonra ahıskalılar Rusiya, Ukrayna, Azərbaycan, Qırğızıstan və başqa ölkələrə köçməyə başladılar. Bu, onların ikinci sürügünü idi. Stalinin dövründə Gürcüsandan Özbəkistana sürülən ahıskalılar indi də Özbəkistandan qovulurdu.

SSRİ baş naziri Nikolay Rışkovun iki ay içərisində onların Özbəkistana dönmələrini təmin edəcəyinə dair sözü isə söz olaraq qaldı... Ahıskalılar isə hələ də doğma yerlərinə, Gürcüstana qayıdacaqlarına ümid edirdilər.

Elə Modern.az-ın müsahibi, o illərin qanlı-qadalı günlərinin şahidi olmaq azmış kimi, bir də Xocalı soyqırımı yaşayan Nurməhəmməd İsmayılov kimi...

 

- Nurməhəmməd bəy, Özbəkistanı necə xatırlayırsınız? Neçənci ilə qədər orada yaşamısınız?

- Mən Özbəkistanda doğulmuşam. 1988-cu ilə qədər də orada yaşamışam. Özbəkistanla bağlı xatirələrim çoxdur, göz yaşı daha çoxdur o günlərlə bağlı.

- Uşaq yaşlarınızda bilirdinizmi ki, Stalinin sürgünü nəticəsində Özbəkistana Gürcüstandan gəlmisiniz?

- Əlbəttə, evdəkilər danışırdı axı.

- Uşaqlıq yaddaşınızda nələr var? Nənə-babalarınız nə deyirdi o illərlə bağlı?

- Həmişə deyirdilər ki, bizi vətənimizdən didərgin saldılar. Gürcülər, ruslar, ermənilər sürgün etdilər. Qayıtmaq istədik, amma alınmadı.

- İndi də qayıtmaq istəyirsinizmi?

- Yox, indi qayıdıb orada nə edim ermənilərlə. Bizim yerlərin hamısına ermənilər yiyələnib. Xocalıda qəsb edilməyimiz ilk deyildi. Biz Özbəkistandan çıxarılanda da ermənilər tərəfindən talan edilmişdi yurdumuz. Xocalıda konteynerlərim, maşınım, işim hamısı ermənilərə qaldı.

Rəhmətlik anam danışırdı ki, hələ Gürcüstandakı hadisələrdən 1 həftə əvvəl hökumət erməniləri gətirib onarın evlərində yerləşdirirmiş. Belə əsaslandırırmışlar ki, guya ermənilər bir həftə sonra gedəcək, müvəqqəti yerləşiblər.

Anam deyirdi ki, erməni onların evində ailədən biri kimi yeyir-içirdi, yatırdı. Bir həftə keçir... Sonra əsgərlər qapını döyür, Anamgili öz halal evlərindən çıxarırlar. Bu zaman onlarla birgə qalan ermənilər qapını içəridən bağlayırlar. Pəncərədən acıq verə-verə deyirlər ki, “burdan rədd olun, bura bizim evimizdir”. Təsəvvür edirsinizmi...

Beləcə anamgil olur evsiz, ermənilər evli, hətta sürgün zamanı evdən bir əşya belə,  götürə bilmir anamgil. Bizimkilər bu şəkildə Özbəkistana gəlib. Mal-mülk, qoyun-quzu, anbarları dolu vəziyyətdə qoyub çıxıblar. Heç lapmpaya tökmək üçün anamın şəhərdən aldığı kerosini belə, götürməyə imkan verməyib ermənilər. Anam danışırdı ki, çox ağır günlər yaşayıblar. Sürgün vaxtı ölənlər, itkin düşənlər...

- Valideynləriniz Özbəkistanda necə məskunlaşdıqları barədə sizə danışırdılarımı?

- Bilirsiniz, hissə-hissə köçürülüb əhali. Bəziləri Qazaxıstana, bəziləri Özbəkistana, bəziləri Qırğızıstana və s. Qohum-əqrəba hərə bir tərəfə səpələnib. Sonra yavaş-yavaş Özbəkistanda toplaşıblar. Bir az ev-eşik olub, özümüzə gələndə Özbəkistanda Fərqanə hadisələri baş verdi.

- Fərqanə hadisələri sizin yaddaşınızda nə ilə qalıb?

- Mən Özbəkistanda Ağdərə rayonun mərkəzində yaşayırdım. O vaxt pambıq “pripiskası” var idi. Pambıq yığımı zamanı Rusiya yaxşı qazanırdı. Guya pambığı İvanovoya göndərirdilər. Amma əslində yalandan deyirdilər. Bu vaxt Özbəkistana İvanov yoxlamaya gəldi. Məqsəd özbəkləri Rusiyaya çəkmək idi. İşləyən yox idi Rusiyada. Hamısı içkiyə qurşanmış adamlar idi. Bütün planlar buna yönəlmişdi. Fərqanə hadisələri zamanı mən gənclər birliyinin rəhbəri idim. SSRİ dağılmaq üzrə idi. 1 May günü parad keçirilirdi məktəbdə. Mən idman müəllimi idim. Parad vaxtı özbəklər başladı bizim uşaqlara sataşmağa. Hiss olunurdu ki, bu, yuxarıdan hazırlanmış məsələdir. Onlar etnik çaxnaşma salıb içərini təmizləmək istəyirdilər. Bəhanə o idi ki, guya gəlmələr yaxşı dolanır, yerli əhali pis. Biz yazıqların nəyi vardı ki? Guya bizim bunlardan artıq vəzifəmiz vardı, mal-mülklərimiz vardı. Biz də onlarla bərabər pambıqda işləyirdik. Özbəkistan onların yurdu idi. Amma biz bilirdik ki, gəlməyik. Ona görə də daha çox çalışırdıq ki, dolana bilək, bizə dəyməsinlər. Deməli, parad vaxtı rayon mərkəzində uşaqlara sataşdılar, bıçaq çəkdilər. Bir nəfər də olsun polis yox idi. Hətta polis bu məsələdə özünü xəbərsiz, olmamış kimi göstərdi.

- Məktəbin müəllimi, həm də bir vətəndaş kimi özünüz niyə polis çağırmadınız?

- Hər şey bir anda oldu. Uşaqlara söz atmaq və bıçaqların çəkilməsi bir göz qırpımında baş verdi. Hətta o biri məktəbin uşaqları mənim boynuma ip atdılar. O vaxt mən məktəbdə işləyəndə Tatar Fateh generalın I köməkçisi idi. Fateh polisləri çağırdı, aranı sakitləşdirdi. O olmasaydı bizi qırmışdılar. Nə isə ara sakitləşəndə “Raykom”a getdik. Baxdıq ki, məsələ çox ciddidir. Bir şeyi də deyim ki, həmin bu Fateh biz sonralar Azərbaycana, Saatlıya köçəndə gəlmişdi bizi geri aparmağa.


- Necə oldu ki, Özbəkistandan çıxmağı qərara aldınız, yoxsa qovuldunuz?

- Həmin vaxt Krasnoyarski soyadlı bir nəfər vardı. Mənə dedi ki, Fərqanədə hadisələr başlayıb. Bir neçə nəfər özbək taciki öldürüb, türklərin üzərinə atırlar. Özünüzü gözləyin. Artıq televiziya Fərqanə hadisələrini göstərirdi. Hər şey gün kimi aydın idi. Vədə yetişmişdi, biz çıxmalı idik. Əks təqdirdə, hamımızı qıracaqdılar. Deməli, mən dərsdə idim. Xəbər göndərdilər ki, gəl polis bölməsinə. Getdim, Moskvadan gələnlərlə polis rəisi söhbət etməyə başladı. Bir-birinə rusca deyirdilər ki, vəziyyət yaxşı deyil. Bizim camaatdan 4 nəfər də çağırdılar. Onları apardılar Fərqanəyə. Dağılmış, yanmış evlər, küçədə meyitlər. Bunu bizimkilərə göstəridlər ki, gözləri qorxsun. Nə isə bizimkilər gələn kimi dedilər ki, hazırlaşın, çıxırıq Özbəkistandan. Beləcə camaat panikaya düşdü və qaçhaqaç başladı.

- Həmin vaxt təxminən nə qədər ahıskalı var idi Özbəkistanda?

- Təxminən 70-100 min olardı. Bizə dəqiq demirdilər. Moskvadan bir nəfər gəldi, başladı adamları siyahıya almağa. Onun dediyinə görə bizim rayonda 7 min ahıskalı vardı.
 

- Necə oldu ki, siz Azərbaycana gəlməyə qərar verdiniz?

- Deməli, 1989-cu il idi. Mənim əmim oğlu Saatlıda yaşayırdı. Mən ailəmizlə birlikdə ora, Saatlıya gəldim. Çünki başqa gedəcək yerimiz yox idi. Əlaqə yaratmışdıq əvvəldən, əmimgillə danışmışdıq, bizi gözləyirdilər. O vaxt 35 yaşım vardı. Yoldaşım və övladlarımla gəldik Saatlıya, bir müddət burada yaşadıq.

- Sizinlə birlikdə Azərbayacana gələnlər oldumu?

- Bəli, oldu. Kimisi Azərbaycana gəldi, kimisi Ukraynaya, kimisi Rusiyaya getdi.

- Heç qalan olmadımı Özbəkistanda?

- Oldu, amma çox az.

- Siz çıxandan sonra oradakı vəziyyətlə maraqlandınızmı, sabitlik yaranmışdımı Özbəkistanda?

- Əlbəttə, məqsəd bizim çıxarılmağımız idi. Hadisələr baş verəndən sonra onlar üçün hər şey yaxşı oldu.

- Amma Saatlı son dayanacağınız olmadı. Qismətdə bir də Xocalıda faciə yaşamaq vardı... Necə oldu ki, Xocalıya getmək qərarını verdiniz?

- O vaxt Xocalıda evlər tikilirdi. Bizimlə Özbəkistandan gələn bir nəfər öz ailəsiylə Xocalıda yaşayırdı. Məni də çağırdı. Getdik indiki deputat Elman Məmmədovun yanına. Sağ olsun, bizə maşın təşkil etdi. 1990-cı ilin mayın 2-də Xocalıya köçdük. 10 sota yaxın torpaq verildi bizə aeroportun yanında. Ev tikdik, yuva qurduq, yaşamağa başladıq. Bilirsiniz, Özbəkistanda gecələr gözümə yuxu getmirdi. Xocalıya gələndən rahatlıq tapmışdım. Başımı atıb yatırdım, bir də ayılırdım ki, səhərdi. Xocalıda da müəllim işlədim. Həyat yoldaşım tibb bacısı idi. İşə düzəlmək ərəfəsində qırğın düşdü. Həyatımız yenə də alt-üst oldu.

- Təxminən neçə Ahıska türkü məskunlaşmışdı Xocalıda?

- 56 deyirdilər , amma haradasa 70-ə yaxın idi.

- Xocalı soyqırımını necə xatırlayırsınız? Həmin gün şəhərdə idinizmi?

- Bəli, şəhərdə idim. Artıq blokadada idik. Yalnız vertolyotla gediş-gəliş mümkün idi. Uşaqları xeyli əvvəl Ağdamda yaşayan qardaşımgilə göndərmişdim. Kişilər rayonda idi. Atışma başladı, hamımız bir yerə yığışdıq. Qaçan qaçdı, amma mən qaçmadım. Deməli ermənilər ev-ev, həyət-həyət gəzirdilər. Mən qonşunun tövləsində gizlənmişdim. İti buraxdı erməni. İt iyləyə-iyləyə gəldi durdu yanımda. İt mırıldadı, dişlərini qıcadı, gözləri gözlərimin içinə baxdı, amma məni satmadı. Təsəvvür edirsiniz, insanın etmədiyini o it etdi. Çox təsirlənmişdim həmin an. İnana bilmirdim. Çünki ermənilə mənim aramda 4-5 metr vardı. İt erməni əsgərinin yanına qayıtdı, onlar çıxıb getdilər.

- Necə xilas oldunuz?

- Gizləndiyim yerdən çıxanda, baxdım ki, şəhər yanır, ölən kim, qışqıran kim. Camaatın toplaşdığı yerə getdim. Görüdm bizim bir uşağı ortaya qoyublar, heç kim də yox yanında, gizləniblər. Uşaq dedi “abi, əllərini qaldır gəl”. Ətrafa baxdım, heç kim yox idi. Öz-özümə niyə əlimi qaldırım ki, dedim. Uşağı yaxınlaşan kimi ermənilər məni tutdular. Anladım ki, mənə pusqu qurulub. Üstümdə olan-qalan nə vardısa hamısını aldılar. Oradan bizi apardılar Xankəndinə. Ümumilikdə 73 nəfər idik, qadın, uşaq, kişi. İşgəncə üstünə işgəncə... Ermənilərlə danışan da bir mən idim. Rusca danışırdıq. Bu vaxt ermənilərin başçısı Melik Şahnazaryan gəldi. Yanımızda bir uşaq vardı, ayaqyalın, başıaçıq, betonun üstündə titrəyirdi. Üzümü tutdum Şahnazaryana, dedim ki, bax bu uşaqdan nə istəyirsiniz?! Bunu nəyə gətirmisən bura? Mənim bu sözlərim onun xoşuna gəlmədi. Dedi ki, burada komandanı o verir. Bundan sonra mənə işgəncə verməyə başladılar.

Demək ermənilərin əlində düşdünüz. Neçə gün, harada saxladılar sizi?

- Fevralın 26-dan martın 2-nə qədər qaldıq girovluqda. Avtovağzalda bir kiçik otaqda saxlayırdılar bizi. Əslində bizi girov götürən əsgərlərin çoxu ruslar və ermənilər idi. 

- Maraqlıdır, Mərkəzi Komitənin II katibi ilə görüşünüz harada baş tutdu?

- Hadisələrə qədər Xocalıda bir dənə də olsun güllə səsi gəlmirdi. O gecə alazan raketləri, avtomatlar susmadı. Səhər açıldı bir nəfər də olsun köməyə gələn olmadı. Bizi qırmağa gəliblər ya “çıxın gedin” deyirlər, baş aça bilmirdik. Komendant saatı idi. Gecə saat 1-də Polyaniçko, Elman Məmmədov gəldi. Polyaniçko camaatı yığıb yalandan danışmağa başladı. Başladı ki, sizi gərək Gürcüstana göndərəydilər. Dedim, dayan, nə Gürcüstan, biz Xocalıdayıq. Buradan danış. Xocalı məsələsin həll elə, Gürcüstan məsələsi sənlik deyil. Nəsə bunun səsi çıxmadı, susdu.
 

– Bəs necə oldu sizi buraxdılar?

- Buraxmırdılar. Fransız jurnalist gəldi. Camaatın ahı-naləsi göyə qalxırdı. Aralarında da söz deyən, rusca danışa bilən mən idim. Çıxdım danışdım. Dedim ki, bizi günahsız yerə gətiriblər bura. Mən rusca danışıram, fransız jurnalistə də tərcümə edirlər. Dedim ki, Azərbaycan dövləti bizi bağrına basdı, çörək verdi, su verdi. Melik Şahnazaryan qızardı, bozardı. Bundan sonra başladılar yenə mənə işgəncə verməyə. Ayağımdan süngü də soxdular, vurdular, amma öldürə bilmədilər. Ondan sonra bizi Ağdama gətirdilər. Bizimkilərin də əlində ermənilər vardı, dəyişdilər bizi. Deməli, bir neçə gün sonra idi səhv etmirəmsə, iki qadın, bir oğlan erməni tutmuşdu camaat. Bunları didirdilər. İnanın ki, bir təhər aldıq camaatın əlindən. Bizim də adamlarımız vardı axı onlarda. Dəyişməyə aparmaq lazım idi. Nə isə bu erməniləri maşına qoyub getdim Əsgarana, şöbəyə. Razmikyan vardı. Mənə dedi ki, necə oldu ki, sizi özbəklər qovdular? Dedim siz azərbaycanlıları Ermənistandan qovdunuz, özbəklər də baxdı sizə, bizi qovdular. Adamlarımızı dəyişib gətirdik. Sonra Xankəndində bizi avtobusa mindirib göndərdilər. Yol boyu Xocalıdan, Xankəndinə qədər yük daşınırdı. Çoxu da bizi görüb başını yerə dikmişdi. Ermənilər bizi avtobusla gətirdilər. Oradan da Ağdama keçdik. 


- Nurməhəmməd bəy, elə bil qaçqınlıq ömrünüzə yazılıb. Əvvəlcə Gürcüstandan, sonra Özbəkistandan, daha sonra Xocalıdan, indi də Qubadan çıxarırlar sizi...

- Doğurdan da, qəribə taleyimiz var. Qubanın Zərdabi sovxozunda peşə məktəbi vardı. Xocalıdan çıxandan sonra orada yerləşdik. Amma ora da qəzalı vəziyyətə düşdü, divarlada çatlar əmələ gəldi, yaşamaq təhlükəli idi.

“Dövlətqaçqınkom”a nə qədər müraciət elədik, kömək edən olmadı. Biz qayınatamın evinə köçəndən 1 həftə sonra həmin bina çökdü.

Məcburən qayınatamın Qubanın Barlı kəndindəki evinə sığındıq. Qayınatam evi satıb getmək istəyirdi. Elə oldu ki, özü Rusiyaya getdi. Gedəndə evi qızının-mənim yoldaşımın adına keçirtdi. Nə isə orada yaşamağa başladıq. Sonra da məlum oldu ki, sən demə ev qaz xəttinin üzərində tikilib. SOCAR-dan gəlib baxdılar, bizə dedilər ki, evi sökürük. Amma söküləcək ev üçün kompensasiya ödənilməyəcəyini də bildirdilər. Biz təbii ki, razılaşmadıq. Amma əlimizdən gələn bir şey də yoxdur. “Dövlətqaçqınkom”a getdim. Orada mənə dedilər ki, niyə çıxıb getmirsən Azərbaycandan? Onsuz da bura sənin vətənin deyil ki...
 

Təsəvvür edirsinizmi, 3 dəfə yaşadığı evdən didərgin düşən adama bu söz necə təsir edər! Hər gün çağırırlar ki, məhkəmə qərar çıxarıb, sökürük. Məhkəmə şirkətə deyir ki, kompensasiya ödə, sök.

Amma SOCAR razılaşmır. Biz də ortalıqda qalmışıq. Məcburi köçkün kimi də nə çörəkpulu verirlər, nə də hansısa güzəştdən yararlanırıq.

“Dövlətqaçqınkom”da bizə birtəhər baxırlar. Deyirlər, Özbəkistandan gələn qaçqınlardır, Xocalı statusları yoxdur. Beləcə millətçilik edirlər. Bizə dedilər ki, siz Xocalı işğal olunandan sonra çıxmısınız deyə, statusunuz yoxdur. Bizim bu vəziyyətimizdə ələ salırlar. Guya ki, Xocalı işğal ediləndən sonra məcburi köçkün statusu qüvvədən düşür.

Elə bil uşaq aldadırlar. Hazırda pis vəziyyətdəyik. SOCAR çıxarır bizi evdən. O vaxt Özbəkistan qaçqınlarına ev tikirdilər. Biz müraciət etdik, gəlib tikdilər. Guya tikdilər. Tam yarımçıq, evin damı əyri. Normal ev deyil yəni. Nə isə öz gücümüzə evi tikib başa çatdırdıq. Amma içini təmir etməyə gücümüz yoxdur, eləcə qalıb, 4 otaqlı evdir.

İllərdi Qubadayıq. Heç soruşan olmadı ki, yataqxanadan niyə çıxdınız, necə yaşayırsınız? O qəzalı yataqxana necə oldu? Allahın ümidinə qalmışıq elə.

- Ailədə neçə nəfərsiniz?

- 16 nəfər.

- Qayınatanızın sizə bağışladığı və hazırda yaşadığınız ev neçə otaqlıdır?

- 3 otaqlı.

- 3 otaq və 16 nəfər?...

- Bəli, neyləyək. 4 övladım var: biri qız, 3-ü oğlandır. Hamısı ailəlidir. Yoldaşım, mən, uşaqlarım, qalanlar da nəvələrimdir. Oğlanlarım Türkiyədə tikintidə işləyib ailəni birtəhər dolandırırlar. Yeganə istəyim Qubadan da didərgin düşməməyimizdir...

- Ümid edək ki, heç olmasa, SOCAR sizi didərgin salmayacaq...


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

ARXİV