Modern.az

Kreml: “Putin-Tramp görüşünə hazırıq”

Kreml: “Putin-Tramp görüşünə hazırıq”

Dünya

3 Noyabr 2017, 14:02

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda görüşə bilərlər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

 

“Biz bu görüşün baş tutacağını istisna etmirik və bütün detallar razılaşdırıldıqdan sonra ictimaiyyətə bu haqda məlumat veriləcək”.

 

Peskov ABŞ və Rusiya prezidentlərinin istənilən görüşünün böyük önəm kəsb etdiyini bildirib. Bundan öncə, Donald Tramp Putinlə Ukrayna, Şimali Koreya və Suriya mövzularını müzakirə etmək niyyətini dilə gətirmişdi.

 

Vyetnamın Dananq şəhərində keçiriləcək sammit 6-11 noyabr tarixlərini əhatə edəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır