Modern.az

İran-Türkiyə sərhəddində atışma oldu

İran-Türkiyə sərhəddində atışma oldu

Dünya

3 Noyabr 2017, 21:52

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub. Modern.az APA-ya istinadən xəbər verir ki, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.

 

Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Hələlik öldürülmüş terrorçuların sayı dəqiq bilinmir.

 

Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində hərbçilər və terrorçular arasında baş verən atışmada 10 iranlı sərhədçi həlak olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir