Modern.az

Çavuşoğlunun almaniyalı həmkarı ilə gizli görüşü

Çavuşoğlunun almaniyalı həmkarı ilə gizli görüşü

4 Noyabr 2017, 21:26

Almaniya Fedarativ Respublikasının xarici işlər naziri Ziqmar Qabriyel Antalyada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 4-də Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Biz ikitərəfli münasibətləri, o cümlədən mürəkkəb mövzuları, həmçinin hər iki tərəfin gözləntilərini müzakirə etmək üçün qeyri-formal şəraitdə görüşdük", - deyə xəbərdə Qabriyelin sözləri sitat gətirilib.

 

Xatırladaq ki, İstanbulda istintaq təcridxanasında olan hüquq müdafiəçisi Piter Ştoydtner ötən həftədə buraxılmışdı. Sonra məlum oldu ki, bu məsələdə vasitəçi kimi AFR-in sabiq kansleri Herxard Şröder çıxış edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı