Modern.az

Sakit okean sahillərində zəlzələ

Sakit okean sahillərində zəlzələ

Dünya

4 Noyabr 2017, 22:47

Sakit okeanın Tonqo ada dövləti sahillərində 5,6 bal gücündə zəlzələ olub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 4:24-də qeydə alınıb. Zəlzələnin episentri Xisifo yaşayış məntəqəsindən 95 kilometr şimal-şərqə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, Tonqoda daha əvvəl 6,9 bal gücündə zəlzələ olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?